Son 10 ildə ilk dəfə olaraq 2020-ci ildə dünyada miqrasiyanın miqyasları kəskin azalacaq. Azalma özünü beynəlxalq pul göndərişlərinin həcmində də göstərəcək.
FED.az xəbər verir ki, bu Dünya Bankının miqrasiya və və inkişaf üzrə hesabatlarında göstərib. Hesabata görə, COVID-19 pandemiyasının getdikcə genişlənməsi və iqtisadi böhran fonunda işləyən miqrantların evə göndərdiyi pullar 2019-cu illə müqayisədə 14% azalacaq.
Dünya Bankının proqnozlarına artıq bu il – 2020-də aşağı və orta gəlirlə malik olan ölkələrə pul göndərişlərinin həcmi 7 faiz azalaraq 508 mlrd dollara düşəcək. 2021-ci ildə isə bu rəqəm daha 7,5% azalaraq 470 milyard doloar olacaq. Pul göndərişlərinin azalmasının səbəbi miqrantların işlədiyi ölkələrdə zəif iqtisadi artım, məşğulluğun azalması, neftin ucuzlaşması və pul göndərilən ölkələrdə valyuta məzənnələrinin ABŞ dolları qarşısında aşağı düşməsidir.
Dünya Bankının vitse-prezidenti Mamta Murtxi bildirib ki, koronavirusun təsiri getdikcə daha çox sahədə özünü daha dərin büruzə verir və nəticədə bu özünü miqrantların özü ilə yanaşı, onların pul göndərişlərindən asılı ola ailələrinin vəziyyətinə də təsir edir. Pul göndərişlərinin 2020 və 2021-ci illərdə azalması dünyadakı bütün regionları əhatə edəcək. Ən böyük azalma Avropa və Mərkəzi Asiyada hiss olunacaq – müvafiq olaraq 16% və 8%. Sonrakı yerləri Şərqi Asiya və Sakit Okean zonası (11% və 4%), Yaxın şərq və Şimali Afrika (hər ikisində 8%), Afrikanın Saharadan cənubda yerləşən ölkələri (9% və 6%), Cənubi Asiya (4% və 11%) və Latın Amerikası və Karib hövzəsi (0,2% və 8%) ölkələri tutur.
Pul göndərişlərinin həcminin azalmasına baxmayaraq, gözlənilir ki, 2020-ci ildə onların əhəmiyyəti daha da artacaq. 2019-cu ildə pul göndərişlərinin həcmi 548 milyard dollar idi. Bu həmni ölkələrə birbaşa investisiya qoyuluşlarından (534 milyard) və xarici yardımlardan (166 milyard) artıq olmuşdü. Başqa sözlə, bu rəqəmlər işləyən miqrantların evə pul göndərmələrinin onların ölkələri üçün nə qədər vaxib olduğunu göstərir.
Amma azalma təkcə məbləğlərdə hiss olunmayacaq. 2020-ci ildə – son illər ərzində ilk dəfə olaraq – xaricdə işləməyə gedən miqrantların sayı da azalacaq. Yeni miqrantların sayının artması yavaşıyacaq, bəziləri isə artıq iş tapmadan geri qayıtmalı olur. Bəzi ölkələrdə karantin tədbirlərinin tətbiq edilməsi miqrantların öz ölkələrinə qayıtmasına imkan verməmişdi. İndi isə karantinin ləğv edilməsi nəticəsində miqrantlar sürətlə ölokələrinə qayıdırlar. İşsizliyin artımı və qəbul edən ölkələrdə miqrantlara viza verilməsi qaydaloarının sərtləşməsi nəticəsində bütün dünyada miqrantların ölkəsinə qayıtması prosesi sürnətlənəcək.
Nəticədə, indi artıq miqrantların öz ölkəsinin hökumətləri onları vətəndə işə düzəltmək və ya biznesinə başlamağa kuömək etmək üçün səylər göstərməli olacaqlar. Böyük ehtimalla geri qayıdan miqrantlar öz ölkələri üçün ağır yükə çevriləcəklər.