Bu ilin dekabrın 1-nə Azərbaycanda dövlət fondları hesabına biznesə yönəldilən kreditlərin həcmi 1 milyard 193,7 milyon manata çatıb. Bankların öz vəsaitləri və digər mənbələr hesabına (qeyri-dövlət) verdiyi kreditlər isə 14 milyard 611,1 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.
Dövlət fondları hesabına verilən biznes kreditləri ötən ilin eyni dövrü ilə müqayisədə 234,4 milyon manat və ya 24,4% artıb. Ötən ilin sonuna nəzərən artım 194,5 milyon manat (19,5%), aylıq müqayisədə isə 46 milyon manat (4%) təşkil edib.
Bankların öz vəsaitləri və digər cəlb olunmuş mənbələr (qeyri-dövlət) hesabına verdiyi kreditlər isə illik müqayisədə 824,4 milyon manat (6%) artıb.
Hesablamalar göstərir ki, ümumi biznes kreditləri portfelində (15 milyard 804,8 milyon manat) dövlət fondları hesabına verilən kreditlərin payı artmaqda davam edir. Belə ki, ümumi biznes kreditləri portfelində (15 milyard 804,8 milyon manat) dövlət fondları hesabına verilən kreditlərin payı artmaqda davam edir. Belə ki, dövlət fondlarının portfeldəki payı cari dövrdə 7,6%-ə yüksəlib. Bu göstərici həm ötən ilin eyni dövrü (6,5%), həm də ötən ilin sonu (6,8%) ilə müqayisədə artım deməkdir.Müvafiq olaraq, qeyri-dövlət vəsaitləri hesabına verilən kreditlərin payı ötən ilki 93,5%-dən 92,4%-ə enib. Xatırladaq ki, dövlət fondları hesabına biznes kreditləri bu ilin noyabrın 1-nə 1 milyard 147,7 milyon manat, ötən ilin sonunda 999,2 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 959,3 milyon manat idi.












