Nüfuzlu «Fitch Ratings» reytinq agentliyi Azərbaycanın bank sektorunun fəal üzvlərindən olan «Ekspressbank» ASC-nin yeni reytinqini təsdiqləyib.
FED.az maliyyə və biznesə xəbərləri portalı xəbər verir ki, «Fitch Ratings» «Ekspressbank»ın uzunmüddətli defolt reytinqini «B+» səviyyəsində təsdiqləyib, kredit reytinqi üzrə proqnozu isə «Sabit» qiymətləndirib. Eyni zamanda bankın dayanıqlığı üzrə reytinqi «b+» səviyyəsində qiymətləndirilib.
Xatırladaq ki, «Ekspressbank» ASC ölkənin bank sisteminin aparıcı üzvlərindəndir və xüsusilə kredit və depozit məhsulları bazarında fəaldır. FED.az RENKİNQ-in hesablamalarına görə, «Ekspressbank» 2025-ci ilin ilk yarım illiyinin sonunda 614 milyon manat aktivlərə və 502 milyon manat kredit portfelinə malikdir.
İlin əvvəlindən bəri aktivlər cüzi şəkildə – 6 milyon və ya 1% azalsa da, kredit portfeli 61 milyon manat və ya 14% artıb.
Yeri gəlmişkən, «Fitch Ratings» agentliyinin «Ekspressbank»a verdiyi budəfəki reytinqlər ötən illə müqayisədə dəyişməz qalıb. Ötən il də Agentltik bankla bağlı eyni reytinqləri açıqlamışdı, Fərq ondadır ki, ötən il bankın dayanıqlıq mövqeyi «b»dən «b+»a qaldırılmışdı, bu il isə həmin səviyyəli reytinq davam etməkdədir.
«Fitch Ratings» «Ekspressbank»ın reytinqlərini belə əsaslandırıb.
REYTİNQİN ƏSAS FAKTORLARI
Bankın indiki uzunmüddətli defolt reytinqi («B+») onun müstəqil kreditləşmə qabiliyyətini göstərri, bu bankın dayanıqlıq reytinqində («b+») də əksini tapıb. Özü növbəsində bankın dayanıqlıq reytinqi (yəni «b+») bankın qiymət yaratmadakı məhdud imkanlarını və sektor üzrə orta göstəricidən yüksək olan xərclərini göstərir. Eyni zamanda bu göstərici bankın yüksək maliyyə göstəriciləri tarixçəsini, xüsusilə də aktiv ə kapitalının keyfiyyətini göstərir.
İqtisadi artımın zəifləməsi, pərakəndə kreditləşmə riskləri: qeyd edək ki, «Fitch Ratings» agentliyinin banklara reytinq verərkən nəzərə aldığı göstəricilərin bir qismi ölkə üzrə ümumi rəqəmlərə əsaslanır. Başqa sözlə, banka, o cümlədən bu dəfə «Ekspressbank»a reytinq verilərkən ölkədəki iqtisadi vəziyyət və onun bank məhsullarına mümkün təsiri də nəzərə alınır.
Beləliklə, agentlik Azərbaycanda ÜDM artımının (ümumi iqtisadi artımın) 2024-cü ildəki 4,1% və 2025-ci ildəki 3,5%-dən sonra, 2026-cı ildə 2,5%-ə enəcəyini gözləyir. Bu, dünyadakı neft-qaz qiymətlərinin enməsi səbəbindən ölokənin neft qaz sektorundakı yavaşımanı əks etdirir. Buna baxmayaraq ölkənin bank sektorunun orta göstəriciləri 2017-ci ildən bəri yaxşılaşmaqdadır. Bunun da əsas göstəricisi dollar kreditlərinin azalması və köhnədən qalan aktivlər üzrə risklərin azalmasıdır. Amma, agentlik hesab edir ki, 2021-ci ildən sonra pərakəndə kreditləşmənin sürətlən genişlənməsi iqtisadiyyatda «maliyyə qızışması» yarada bilər, hərçənd Mərkəzi Bank bu sektorda kredit risklərinin azaldılması üçün qabaqlayıcı tədbirlər görməkdədir.
Kiçik biznesə xidmətə yönələn bank: Agentliyin açıqlamasına görə, «Expressbank»ın payına bank sektorunun bütün aktivlərinin 1%-i, kredit portfelinin isə 2%-i düşür. Hazırda «Expressbank» universal bank biznes modelindən istifadə edir və əsasən pərakəndə kreditlər üzrə ixtisaslaşıb. 2025-in ilk yarısının sonuna bankın bütün kredit portfelinin 63%-ni məhz pərakəndə kreditlər tutur. Bundan başqa, «Expressbank» kiçik və orta biznesə də kredit ayırır.
Bir qədər əvvəl «Expressbank» daha gəlirli, amma eyni zamanda təminatsız olan, risk dərəcəsi fərqli olan istehlak kreditləri və mikrobiznes kreditlərinə fokuslanıb. Bununla yanaşı, bankın kredit portfelində müsbət cəhət dollar kreditlərinin demək olar ki, sıfıra bərabər olması, borcluların konfentrasiyasının aşağı olmasıdır (yəni kreditlərin böyük hissəsi bir neçə borcalana aid deyil). Agentlik gözləyir ki, 2023-cü ildəki 38% artım və 2024-cü ildəki 23% artımdan sonra, kreditləşmənin artım sürəti bir qədər sabitləşəcək və 2025-2026-cı illərdə 15%-dən çox olmayacaq.
Problemli kreditləri azdır, ehtiyatları yüksəkdir: «Fitch Ratings» öz açıqlamasında «Ekspressbank»da problemli kreditlərin azlığını xüsusi qeyd edir. Bankda problemli kreditlərin payı 2023-cü ildəki 1,4%-dən 2024-cü ildə 1,2%-ə enib. Buna səbəb həm kredit portfelinin artımı, həm də əlverişli işgüzar mühitdir, üstəlik bütün problemli kreditlər üzrə ehtiyatlar ayrılıb. Agentlik 2025-2026-cı illərdə bankın problemli kreditlərinin bir qədər artaraq 2–3% arasında dəyişəcəyini, amma onlar üzrə lazımi ehtiyatlarının ayrılacağını gözləyir.
Əmənətlər üzrə faiz dərəcələrinin artımı gəlir marjasının aşağı düşməsinə və mənfəətin nisbətən azalmasına səbəb ola bilər. Agentlik xatırladır ki, Azərbaycanın bak sektorunda son vvaxtlar atılan addımlar və tənzimləmədəki dəyişikliklər səbəbindən əmanətlər üzrə faiz dərəcələri kəkin artıb. Bu hal «Ekspressbank»ın xalis faiz gəliri marjasını aşağı sala bilər. Bu göstərici 2024-cü ildə 9% olmuşdu, 2025-ci ildə isə azalma 100 pillə ola bilər – yəni 1%. Bu hal, eləcə də risklərin qiymətinin artması və əməliyyat effektivliyinin məhdud olması şəraitində bankın əməliyyat mənfəətinin riski ölçülmüş aktivlərin 2%-nədək endirə bilər. Hərçənd qarşıdakı 2 ildə əməliyyat mənfəətinin yenidən artaraq əvvəlki vəziyyətə qayıtması gözlənilir.
Kapitalın sabit yüksək göstəriciləri: «Fitch Ratings» agentliki reytinq açıqlamasında «Ekspressbank»ın kapitalı ilə bağlı möhkəm mövqeyini ayrıca qeyd edir. Açıqlamada bildirilir ki, 2024-cü ilin sonunda bankın əsas kapital əmsalı (FCC) 23% təşkil edib. Baxmayaraq ki, 2 il əvvəl bu rəqəm 10 faiz dərəcəsi artıq idi. Enməyə səbəb kreditləşmənin sürətli artımı və aktivlərin tərkibindəki dəyişiklikdir. «Biz istehlak kreditləşməsinin artımı və böyük dividend ödənişləri nəticəsində kapital buferinin 2025-2026-cı illərdə də azalmasını gözləyirik, amma bizim baza ssenarimizə əsasən bu göstərici 20%-dən artıq olaraq qalacaq».
Bankın likvidlik buferi adekvatdır: Agentlik bildirir ki, 2025-ci ilin ilk yarısına müştəri depozitləri (əsasən pərakəndə əmanətçilər) bankın ümumi öhdəliklərinin 58%-ni, topdan əmanətçilər isə təxminən 40%-ni təşkil edib. Sonuncular, əsasən, dövlət qurumlarının aşağı faiz dərəcəli uzunmüddətli kreditləri və qısamüddətli repo müqavilələrindən ibarətdir. Bankın likvidlik buferi adekvatdır: likvid aktivlər 2024-cü ilin sonuna müştəri depozitlərinin üçdə birindən çoxunu əhatə edib.