Azərbaycanda 2015-ci ildə baş verən devalvasiya ölkədəki İslam Bankçılığına da ziyan vurub.
Bunu FED.az-a İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev bildirib.
Eləcə də bax:«Devalvasiyanı gözləyirdik, pulları sığortalamışdıq» - ŞİRKƏT RƏHBƏRİ
Onun sözlərinə görə, ölkəmizdə 2015-ci ilə qədər 12-yə yaxın bankda İslam bankçılığının tətbiq edilməsi üzərində işlər gedib. Bu banklar Beynəxalq Bank, “Kövsər Bank”, “Turanbank”, “Texnikabank”,”Bank Respublika” olub. Hətta ”Nikoil Bank”da artıq İslam bankçılığı ilə əlaqədər olaraq müəyyən əməliyyatlar da aparılıb. “Accessbank” və “Paşa Bank”da isə İslam bankçılığı ilə əlaqəli pəncərələrin açılması üzərində işlər yekunklaşmaq üzrə olub. Ölkədə devalvasiya olduğundan isə bütün bu işlər dayandırılıb. Hazırda İslam bankçlığı ilə əlaqədar qanunvericilik üzərində iş gedir. Mərkəzi Banka da rəy almaq üçün müraciət olunub. Hesab olunur ki, bunların icrası üçün əsas təşkilatçı Kiçik və Orta Biznesin İnkişaf Agentliyi olmalıdır. Agentlik Mərkəzi Bankdan müəyyən rəylər almaqla İqtisadiyyat Nazirliyinə müraciət edib. Müsbət rəylər alındıqdan sonra yeni formalaşacaq Milli Məclisə təkliflər təqdim olunacaq. Hesab edirik ki, 2020-ci il ərzində bu məslə gündəliyə çıxarılacaq”-deyə Ruslan Atakişiyev bildirib.
Araşdırmalar və tədris mərkəzinin rəhbərinin sözlərinə görə, ümumiyyətlə Azərbaycanda İslam Bankçılığını formlaşması üçün ölkə iqtisadiyyatı və iqtisadiyyatın sahələrin inkişafı ilə bağlı 2016-cı ildə qəbul olunmuş Yol Xəritələrində Azərbaycanda orta və kiçik sahibkarlığın inkişaf etdirilməsində alternativ maliyyə mənbəyi kimi İslam maliyyəsinin cəlb olunması məsələsi öz əksini tapıb. Bununla bağlı olaraq Azərbaycanda İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankının birgə sazişi olaraq 200 min dollar məbləğində İslam İnkişaf Bankından vəsait ayrılmışdır ki, Azərbaycanda İslam Bankçılığının inkişaf etdirilməsi ilə bağlı təhlillərin aparılması və sonda müvafiq dövlət qurumlarına təkliflər verilməsi üzərində işlənilsin.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidentinin sözlərinə görə, 4-5 il bundan qabaq İslam Maliyyə alətləri dünya bazarında 1 trilyon dollar olub. 2018-ci ildə isə bu rəqəm 2 trilyon 470 milyarda çatıb. 2023-cü ildə bu bazarın həcmi 3 trilyon 804 milyard dollar olacağı proqnoz edilir. Bu o deməkdir ki, dünya üzrə İslam Bankçılıq sahəsində 4 milyard dollarlıq bir maliyyə bazarı olacaq.
“Dünyanın hal-hazırda 102 ölkəsində 2500-ə yaxın maliyyə instutu tərəfindən İslam Bankçılığı tətbiq olunur. Çox maraql hal ondan ibarətdir ki, İslam Maliyyə alətləri təkcə islam dövlətləri deyil , qeyr- müsəlman ölkələrində də aktiv şəkildə tətbiq olunur. Buna misal olarq Cənubi Afrika Respublikasını göstərmək olar. Bu ölkədə əhalinin cəmi 2% müsəlman olduğu halda orada iki bank islam bankçılığı əsasında fəaliyyət göstərir”- deyə Ruslan Atakişiyev bildirib.