Bank bu il idarə heyətində müəyyən dəyişikliklər etsə də mövcud problemlərin həlli istiqamətində ciddi irəliləyişlər əldə edə bilməyib. Tərkibində üç nüfuzlu xarici müşahidəçi olan Dəmirbankdakı ümumi vəziyyəti ekspertlər də “bərbad” qiymətləndirirlər.
Əkrəm Həsənov fins.az-a açıqlamasında qeyd etdi ki, bankın müflisolma ehtimalı yüksəkdir: “Bu onu göstərir ki, bankın problemləri böyükdür və öz öhdəliklərini icra edə bilmir”. Ekspert hesab edir ki, bu halda Dəmirbank-ın səhmdarları tez bir zamanda əlavə kapital qoyuluşunu reallaşdırmalıdırlar. Bu mümkün deyilsə, banka əlavə səhmdar cəlbi məsələsinə baxılmalıdır. Və yaxud da müşahidə olunduğu kimi hazırda banklar səhm buraxılışı edərək, kapitalını artırmağa çalışırlar.
Qeyd edək ki, DəmirBank 2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq edir və ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olub. DəmirBank Fitch Ratings agentliyinin "stabil", Planet Rating agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malik idi. Bu reytinqlər isə bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bakı kimi nüfuzlu maliyyə qurumunun daxil olmasından sonra daha da möhkəmlənmişdi.
Hazırda bankın Müşahidə Şurasının Sədri və təsisçisi Rəhman Hacıyevdir. Müşahidə Şurasının üzvlərindən üçü isə xaricidir. Onların arasında polyak əsilli Andrej Witak, hazırda Dünya Bankı Qrupunda (İFC) təmsil olunan Ferdinand Tuinstra, Çeyz Manhetten, AYİB kimi böyük maliyyə təşkilatlarında yüksək vəzifələrdə çalışmış Kurt Qeiqer də var. |
Xatırladaq ki, Dəmirbank 1989-cu ildə yaranan ölkənin ilk banklarından biridir. Azərdəmiryolbank adı ilə fəaliyyət göstərib və sonradan rebrendinq edərək “Dəmirbank” olub. Bankın səhmdarları sırasına 2005-ci ildən “25%+1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları “35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər.
Fins©