Dələduzluq halı sübut olunduğu halda vəsaiti rahat qaytarmaq olur.
DİN: Kibertalamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır
FED.az xəbər verir ki, bunu 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Cavid Mirzəyev bildirib.
O bildirib ki, hətta ölkə xaricinə də vəsait köçürülübsə 45 gün ərzində Visa və Mastercard standartından istifadə edərək,əgər müştəri tərəfindən müştərinin şəxsi məlumatları verilməyibsə, müştərinin heç bir günahı yoxdursa, vəsaiti geri qaytarmaq mümkündür. Xaricdə dələduzluq biraz vaxt apara bilir, maksimum 45 gün, amma yerli dələduzluq halında rahat tapılır və vəsait geri qaytarılır.
Əhalinin maarifləndirilməsinə yönələn tədbirlər planı var. Tədbirlər planın əsas istiqaməti maarifləndirmədir və Kapital Bank bu istiqamətdə çox aktivdir. Ən çox müştəri bazası bizdədir. Biz də əhalinin maarifləndirilməsi üçün geniş tədbirlər görmüşük, video-roliklər çəkmişik və bu Banklar Assosiasiyası ilə işimizin əsas hissəsidir.
Bütün dünyada kart dələduzluğu ilə bağlı hallar iki istiqamətə bölünür. Müştəri şəxsi məlumatı kiməsə veribsə və yaxud müştəri məlumatların heç kimə verməyibsə. Kapital Bankda 60-a yaxın nəzarət sistemləri var, hansı ki dələduzluq halını erkən rejimdə qarşısını alır. 400 mindən artıq əməliyyat şübhəli olduğu üçün bloklanıb, onlardan sonradan təxminən 20%-i sonradan aktiv olub ki, onları müştərilər özləri ediblər, amma digərləri həqiqətən də dələduzluq halı olduğuna görə əməliyyat dayandırılmışdır. Bundan əlavə Kapital Bankda 7/24 nəzarət sistemi var hansı ki əməkdaşlarımız bütün sutka ərzində hər şeyi izləyir, nəzarət sistemləri vasitəsilə dələduzluq olan halda əməliyyatı saxlayır.
Tutaq ki, siz öz kartınızı öz yaxınınıza verirsiniz, parolu da verirsinizsə, bu halda baş verən itkini bank çox da qarşılaya bilmir, bu hüquq mühafizə orqanları ilə sübut olunmalıdır ki, doğrudan kart oğurlanıb. Əgər saytlarda əməliyyat keçirilibsə və əməliyyat 3DS vasitəsilə keçibsə yəni, sizə mesaj gəlib və siz əməliyyatı təsdiq edirsiniz, bu hallarda da bank bir şey edə bilmir.
"3DS kodu kiməsə ötürülübsə, bu halda da bank geri ödəniş etmir. Amma qalan bütün hallarda əməliyyat siz tərəfdən edilməyibsə, 3DS kodu heç kimə verməmisizsə, bu zaman bank vəsaiti sizə qaytarır" - deyə Cavid Mirzəyev bildirib.
"Dələduzlar çox halda xarici ölkədə yerləşir, onlar üçün regional informasiya yoxdur. Onlar kart rəqəmlərini təsadüfən yığmaqla və başqa yollarla dələduzluq edirlər. Təkcə bizim ölkəyə aid deyil, bu bütün ölkələrdə var. Əsas priortitet məsələ müştərilərin şəxsi məlumatların üçüncü tərəflərə ötürməməsidr. Ötürdüyünüz təqdirdə o deməkdir ki, özünüz cibindən pulu çıxarıb kiməsə verirsiniz. Bank yoxlayır ki, oxşar əməliyyatı müştəri heç vaxt etməyibsə, bu əməliyyat bloklanır. Burda çoxlu datadan istifadə olunur ki, o şübhəli əməliyyatlar dayandırılsın" - deyə Cavid Mirzəyev əlavə edib.