“Citibank” iş ortağına qəhvə və sendviç almaq üçün korporativ puldan istifadə edən, lakin bu alışı şəxsi xərc kimi təqdim edən baş analitik Sabolç Feketeni işdən çıxarıb.
Azərbaycan bankları ilə “Citibank” arasında müxbir əlaqələrin genişləndirilməsi - MÜZAKİRƏ EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, o, işdən çıxarılmaya etiraz etməyə çalışıb, lakin məhkəmə işəgötürənin tərəfini tutub.
2022-ci ildə 2015-ci ildən “Citibank”da işləyən Sabolç Fekete Amsterdama işgüzar səfərə gedib. Üç gün ərzində onu bankın əməkdaşı olmayan ortağı müşayiət edib. Səfərdən sonra Fekete auditorların diqqətini cəlb edən hesabat təqdim edib. Təqdim olunan qəbzlərdə iki nəfər üçün yemək və içki yer alıb.
Hekayə “Citibank”ın daxili etika komitəsinin araşdırma mövzusu olub və o nəticəyə gəlib ki, Fekete şirkətin xərclərin idarə edilməsi siyasətini pozub və daxili araşdırma zamanı yalan danışıb. Bank onu 2022-ci ilin noyabrında kobud qanun pozuntusuna görə işdən çıxarıb.
Fekete bankın qərarına məhkəmədə etiraz etmək qərarına gəlib, lakin Şərqi London Əmək Məhkəməsi onun iddiasını rədd edib və “Citi”nin xeyrinə qərar çıxarıb.