Hazırda diqqət yetirilməli olan məsələlər bunlardır:
15:00 Bakı vaxtı: Böyük Britaniyada avqust ayı üzrə İngiltərə Bankının əsas faiz dərəcələri ilə bağlı qərar qəbul edilməlidir (əvvəlki dəyəri 0.50%; proqnoz isə 0.25% göstərir).
15.00 Bakı vaxtı: Böyük Britaniyada İngiltərə Bankının inflasiya üzrə hesabatı gözlənilir.
15.30 Bakı vaxtı: ABŞ-da iyul ayında işsizlik üzrə müavinətlərlə bağlı ilkin müraciətlərin sayı (əvvəlki dəyəri 266K; proqnoz isə 265K göstərir).
EUR/USD cütü:
Xidmətlər sahəsi ilə bağlı ADP və ISM-dən məşğulluq üzrə ABŞ-dan gələn dünənki statistika Non-farm üzrə çıxan məlumatların 175-185 min diapozonunda olduğunu göstərir. Bu göstəricilər Wall Street-dən olan investisiya banklarının iqtisadçılarının verdiyi konsensus proqnozlar ilə üst-üstə düşür. Əmək bazarı üzrə hesabat sabah dərc olunacaqdır və məhz bu hadisə bazarda böyük hərəkət yaradacaqdır. Belə çıxır ki, sövdələşmələrin gedişi əmək haqları üzrə hesabatla müəyyənləşdiriləcək və bununla əlaqədar bazarda FED faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin saxlanılması üçün bu göstərici proqnozlar medianını üstələməlidir.
Hazırda çox əhəmiyyətli makroiqtisadi statistikanın olması gözlənilmir və bununla bağlı borc və əmtəə bazarının dinamikasına xüsusi diqqət yetirilməlidir. ABŞ və Almaniyanın 10illik dövlət istiqrazlarının gəlirlilik differensialı genişləndiyindən birincisi avro üzrə enməyən dinamikaya işarə edir. Bu ərəfədə əmtəə bazarında müxtəlif istiqamətli dinamika müşahidə edilirdi. ABŞ-da ehtiyatların artmasına baxmayaraq neft iki həftə ərzində qiymətdə düşdükdən sonra korreksiyalı artım nümayiş etdirmişdir. Əlavə olaraq, metallar hərracı “qırmızı zona”da başa vurmuşlar. Fikrimcə, neft üzrə düzəlişlər qısamüddətli xarakter daşıyacaqdır, tezliklə biz yenə də kotirovkaların düşməsini müşahidə edəcəyik, çünki ilk planda yenə də tələb və təklif arasında disbalans ortaya çıxır. Əmtəə bazarındakı trend amerikan valyutasına dəstək olacaqdır, çünki xammalın qiyməti dollarla ifadə olunub.
Bu fonda gün ərzində kotirovkaların 1.1160/1.1200 həddində artımı üzrə Sell pozisiyası açılmalı və 1.1090 ətrafında mənfəət qeydə alınmalıdır.
GBP/USD cütü:
Bugünün əsas hadisəsi İngiltərə Bankının pul-kredit siyasəti üzrə aparacağı iclasın nəticələrinin elan edilməsi olacaqdır. Bazar iştirakçıları monetar tənzimləyicidən faiz dərəcələrinin 0.25%-dək aşağı salınmasını gözləyir. PMI istehsalar, tikinti sferaları və xidmət sahələri üzrə iyul ayı üçün göstərilən son dərəcə mənfi relizlər ona işarə edir ki, Birləşmiş Krallığın iqtisadiyyatını istənilən halda resessiya gözləyə bilər. Neft qiymətlərinin aşağı düşməsini və Brexitə görə istehlakçı tələbinin azalmasını nəzərə alaraq güclü inflyasiya artımı gözlənilmirş Bununla bağlı monetar orqanlar iqtisadi artımı tənzimləməkdən ötrü pul-kredit siyasətinin yumşaldılması üçün addımlar atmalıdırlar.
Habelə, borc bazarı ona işarə edir ki, hazırda faiz dərəcələri dəyişməyəcəkdir: Böyük Britaniyanın 2illik dövlət istiqrazlarının gəlirliliyi İngiltərə Bankının (14 iyul) son iclasından bəri 0.05% artmışdır. Bu artım o qədər də nəzərəçarpan olmasa da, lakin bir artımdır. Bununla əlaqədar hazırda ticarət risklərini azaltmaq üçün aşağıdakı şəkildə addımlar atılmalıdır.
İngiltərə Bankı uçot dərəcələrini aşağı salsa, Sell pozisiyası take profit 100 п. ilə olacaq; İngiltərə Bankı uçot dərəcəsini aşağı salmasa, o zaman Buy pozisiyası take profit 50 п. ilə olacaq.
USD/JPY cütü:
Bu ərəfədə dünyanın aparıcı fond bazarlarında dar fletlər çərçivəsində müxtəlif istiqmətli tendensiya müşahidə edilirdi və nəticədə bu tendensiya USD/JPY cütündə yan trendi meydana gətirdi. Hazırda sövdələşmələrin gedişi əvvəllər də olduğu kimi investorların risk etmə dərəcəsi ilə müəyyən olunacaqdır. Fikrimizcə, fond bazarlarındakı tendensiya dəyişməyəcəkdir və qısamüddətli perspektivdə davam edən trendi müşahidə edəcəyik. Kapitallaşmanın güclü şəkildə aşağı düşməsinə görə çərşənbə günü Euro Stoxx 50 indeksindən Deutsche Bank səhmini istisna edib çıxdılar. Bu, fond bazarı iştirakçıları üçün həyəcanlı siqnaldan biri sayıla bilər, çünki Deutsche Bank Avropada 1 nömrəli maliyyə institutudur.
Bu fonda gün ərzində kotirovkanın 101.30/101.60 həddində artması ilə bağlı Sell pozisiyasını açmaq və 100.65 ətrafında mənfəəti qeydə almaq lazımdır.
Mənbə: Freshforex