Ölkənin aparıcı və müştəri yönümlü banklarından olan “Bank of Baku” ASC bu dəfə “Bolkart” məhsulu üzrə yeni reklam çarxını təqdim edib.
FED.az xəbər verir ki, kampaniyanın siması özünəməxsus oxuma tərzi ilə sevilən müğənni Hiss seçilib.
Müğənninin ifa etdiyi “Bolkart-da var” adlı mahnısının həm sözləri, həm də musiqisi xüsusi olaraq hazırlanıb və müasir trendlərə uyğun tərzdə video klip də çəkilib.
Video klipdə və kampaniya posterlərində diqqət çəkən məqamlardan biri Hissin “V” hərfini xatırladan jestidir. Bu simvolik hərəkət kampaniyanın əsas sloqanı olan “Bolkart var” mesajını dəstəkləmək üçün düşünülüb.
Klipi buradan izləmək mümkündür: https://www.youtube.com/watch?v=pVVzTb07jIo
Qeyd edək ki, hazırda “Bolkart” kredit kartında 30 000 AZN-dək limit, 24 ayadək taksit, 100% nağdlaşdırma və 60 gün güzəşt müddəti mövcuddur.
Müştərilərin daha çox müraciət etdiyi “Bolkart” debet kartı ilə alış-veriş edərkən hər yerdə 3% keşbek hesablanır, kateqoriyada seçim yoxdur. Həmçinin ölkədaxili kartlara komissiyasız pul köçürmə, kartdakı qalıq məbləğə illik 7%-dək gəlir imkanı da “Bolkart” debetdə var.