Mərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Biznes Kreditləri
2023-cü ilin IV rübündә banklar tәrәfindәn verilәn biznes kreditlәri üzrә standartlarda yumşalmanın sәngimәsi müşahidә olunub. Yumşalmada azalma әsasәn mikro sahibkarlıq subyektlәri üzrә kreditlәrdә müşahidә edilib. İri sahibkarlıq subyektlәrinә verilәn kreditlәrin standartlarında isә dәyişiklik müşahidә edilmәıb. Sorğuya әsasәn banklar növbәti rübdә ümumi biznes kreditlәr üzrә standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlәrinә kreditlәr üzrә standartların isә daha da sәrtlәşәcәyini proqnoz edirlәr.
Sorğu nәticәlәrinә әsasәn bank sektorunda biznes kreditlәrinә tәlәb artıb. MKOS subyektlәri üzrә tәlәb artımı iri sahibkarlıq subyektlәri ilә müqayisәdә yüksәk olub. Banklar 2024-cü ilin I rübündә tәlәbdә artım tempinin azalacağını gözlәyirlәr. İri sahibkarlıq subyektlәrinә verilәn biznes kreditlәri üzrә isә tәlәbin dәyişmәyәcәyi , KOS subyektlәri üzrә kredit tәlәbinin daha aşağı tempdә artacağı gözlәnilir.
2023-cü ilin son rübündә biznes kreditlәri üzrә standartlara sәrtlәşdirici tәsir edәn amillәr maliyyәlәşmә dәyәri vә bankın iri kreditorlarının maliyyә vәziyyәtinә dair risklәr olub. Biznes kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktorlar isә bankın mövcud vә gözlәnilәn likvidlik mövqeyi, digәr banklarla rәqabәt, ümumi iqtisadi gözlәntilәr vә inflyasiya gözlәntilәri olub. Son rüb әrzindә standartlara tәsir edәn әn sәrtlәşdirici faktor maliyyәlәşmә dәyәri, әn yumşaldıcı faktor isә iqtisadi gözlәntilәr olub.
İpoteka kreditləri
Kredit fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn hәm daxili hәm dә İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә standartlarda cüzi sәrtlәşmә olub. Banklar növbәti rüb әrzindә hәm daxili ipoteka, hәm dә İKZF hesabına verilәcәk ipoteka kreditlәri üzrә kredit standartlarında yumşalmaların olacağını proqnoz edirlәr.
2023-cü ilin son rübündә ipoteka kreditlәri üzrә tәlәb azalıb. Belә ki, bankların daxili ipoteka kreditlәri üzrә kredit tәlәblәrindә artım müşahidә edilsә dә, İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә kredit tәlәbindә azalma olub. Banklar 2024-cü ilin ilk rübündә ipoteka kreditlәrinә tәlәbin artacağını proqnozlaşdırırlar (әsasәn İKZF kreditlәri üzrә).
Biznes kreditlәrindә olduğu kimi ipoteka kreditlәrindә dә maliyyәlәşmә dәyәri kredit standartlarına sәrtlәşdirici tәsir göstәrәn faktor olub. Son rüb әrzindә ipoteka kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktor әhalinin ödәmә qabiliyyәtinә dair gözlәntilәr vә ümumi iqtisadi gözlәntilәr olub. Ümumilikdә, son rübdә kredit standartlarına tәsir göstәrәn faktorların tәsirinin azalması müşahidә edilib.
İstehlak kreditləri
Sorğunun nәticәlәrinә әsasәn 2023-cü ilin son rübündә cәmi istehlak kreditlәri üzrә kredit standartlarında yumşalma olub. Yumşalma әmәkhaqqı kreditlәri üzrә standartlarda müşahidә edilib. Kredit kartları vә mәişәt avadanlıqlarının alınması üzrә kredit standartlarında isә dәyişiklik müşahidә edilmәıb. Banklar 2024-cü ilin ilk rübündә cәmi istehlak kreditlәri üzrә standartlarda yumşalmanın davam edәcәyini proqnoz edirlәr.
Sorğuya әsasәn әhalinin istehlak kreditlәrinә artmaqda davam etıb. Mәişәt avadanlıqlarının alınması üzrә kreditlәrә tәlәbdә artım tempi aşağı olsa da, kredit kartlarına vә әmәkhaqqı kreditlәrinә tәlәbin artım tempi yüksәkdir. Banklar 2024-cü ilin ilk rübündә әhalinin istehlak kreditlәrinә tәlәbinin artacağı qәnaәtindәdirlәr. Tәlәbin bütün komponentlәr üzrә artacağı proqnozlaşdırılır.
Sorğu nәticәlәrinә әsasәn banklarla rәqabәt kredit standartlarına yumşaldıcı, digәr qalan bütün faktorlar isә sәrtlәşdirici tәsir göstәrıb. Kredit standartlarına tәsir göstәrәn әn sәrtlәşdirici faktor mövcud vә gözlәnilәn likvidlik mövqeyi olub.
Kreditlәşmә fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn әhalinin borclanma sәviyyәsindә ciddi artım müşahidә edilmәıb. Belә ki, respondent bankların 74%-i әhalinin borclanma sәviyyәsindә dәyişiklik olmadığını, 26%-i isә orta dәrәcәdә artım olduğunu bildirib. Әhalinin borclanma sәviyyәsinә görә uzunmüddәtli diffuziya indeksi üzrә 2022-ci ilin sonundan davam edәn azalma 2023-cü ilin son rübündә 4 f.b artaraq 17% tәşkil etıb.
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə daha ətraflı buradan tanış ola bilərsiniz.