2024-cü ilin 4-rübünün nəticələrinə görə Azərbaycanda ən çox biznes krediti verən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatları əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, ən çox biznes krediti verən bank "Azərbaycan Beynəlxalq Bankı" olub. Bank ümumilikdə 3 milyard 109,2 milyon manat biznes krediti verib.
Bundan başqa bank sektorunda liderlik mövqeyi sərgiləyən "Paşa Bank"ın biznes kreditlərinin həcmi 3 milyard 3 milyon manat olub.
"Kapital Bank"ın biznes kreditlərinin həcmi 1 milyard 666,5 milyon manat, "Xalq Bank"ın biznes kreditləri portfeli 1 milyard 99,1 milyon manata bərabər olub.
"Bank Respublika" ötən il ümumilikdə 1 milyard 13,4 milyon manat biznes krediti verib.
Ən aşağı göstəricilər "Bank Melli İran" (335 min manat) " üzrə qeydə alınıb.