«Bizim bankla pul köçürmək xərci cəmi 50 qəpikdir» - BANKİRLƏ MÜSAHİBƏ
14:38
31 Avq 2018
Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda dövriyyənin 90 faizi nəğd şəkildə baş tutur. O cümlədən post terminallarda aparılan ödənişlər ümumi ödənişlərin yalnız 1 faizini təşkil edir. Hökümət bununla bağlı bir neçə araşdırma aparıb, həm Vergilər Nazirliyinin xətti ilə, həm də Mərkəzi Bankın xətti ilə müxtəşif layihələr hazırlanır. İlkin araşdırmalar göstərir ki, 600-dən çox şadlıq evi, 19 minə yaxın restoran və kafelər, yüzlərlə otellər, yanacaq doldurma məntəqələri nağd şəkildə fəaliyyət göstərir.
Azərbaycan əhalisinin elektron ödənişlərdən istifadə etməsi, o cümlədən bankomat və post-terminallardan yararlanması hansı səviyyədədir?
Eləcədə bax: AG Bank kredit verməyi dayandırdı – VƏZİYYƏT ÇƏTİNDİR
FED.az xəbər verir ki, bu mövzular Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun yeni layihəsi olan «Bank saatı» radio verilişində (hər cümə saat 19.05-də efirdə) müzakirə edilib. FED.az nağdsız ödənişlər və bu sahədəki yeniliklərlə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) Elektron Ödənişlər Departamentinin direkoru Eldar Cəbrayılovun «Bank saatı»na müsahibəsini təqdim edir:
- Eldar müəllim, banklar öz bankomatlarını müxtəlif məkanlarda hansı prinsiplərlə yerləşdirirlər? Yəni bankomat qoyulacaq yeri seçəndə nəyi nəzərə alırlar? Müştərilər müraciət edir ki, bura bankomat qoyun, yoxsa bank özü araşdırma aparıb yer müəyyən edib ora bankomat yerləşdirir?
- Maraqlı sualdır. Biz burada əsas 3 əsas meyarı nəzərə alırıq. Birincisi, bank bankomatları quraşdırarkən filial şəbəkəsini nəzərə alır, yəni birinci meyar filial şəbəkəsidir. Kassalarda çox növbələr olmasın, müştərilərə asan variant təqdim edilsin deyə fialial şəbəkəsinə diqqət yetirilir. İkincisi, banklar koorporativ müştərilərlə, yəni əməkhaqqı layihələri, sosial layihələrlə işləyir. Bunun üçün təqaüdçülər və büdcə təşkilatlarından verilən əməkhaqq kartlarını misal çəkə bilərik. Koorperativ müştərilərimizin yaşayış sahələrində onların müraciəti əsasında bankomatlar quraşdırırıq. Üçüncü meyar istiqamətində bankomat quraşdırılması da var ki, banklar fiziki şəxslərə - turistlərə yönəlmiş bankomatllar quraşdırırlar, bu daha çox şəhərin mərkəzi yerlərində, ticarət mərkəzlərində quraşdırırlar, bu addım öz müştərilərindən əlavə digər müştərilərdən gəlir əldə etmək məqsədi daşıyır.
Eləcədə bax: «Bəzi müştərilər istəyir ki, onu heç kim görməsin» – BANKİRLƏ MÜSAHİBƏ
- Bizdə kart sahiblərinin əsas məqədi bankomatlardan pulu çıxarmaqdır. Maaş və ya pensiya karta köçürülən kimi hesabdan bütünlüklə çıxarılır. Ölkənin ən böyük banklarından birinin EÖD rəhbəri olaraq siz pulunuzu hesabdan birdəfəlik çıxarırsınız yoxsa hissə-hissə?
- Əvvəla qeyd edim ki, müştərilərin əməkhaqları, pensiyaları bankdan asılı olmayaraq dövlət güvəncəsi altındadır. Əgər həmin bank əməkhaqlarının sığortası fondunda qeydiyyatdadırsa banka nə olursa olsun birinci növbədə pullar bütün müştərilərə geri qaytarılır. Bu barədə heç bir narahatçılıq olmamalıdır. Kart hesabı da cari hesab kimi eyni kateqoriyadadır, bu baxımdan heç bir narahatlığa əsas yoxdur . Ödəniş məsələləri bir növ alışqanlıq məsələsidir, bankomatlarda hesabdan vəsaiti birinci əlbəttə ki, bütöv olaraq çəkirlər. Amma bankomatın digər xidmətlərindən də yararlana bilərlər.
- Yeri gəlmişkən, müştərilər əməkhaqqını çıxarmaqdan başqa bankomatın hansı xidmətlərindən istifadə edə bilər?
- Ən sadəsi balansı yoxlamaqdır. Digər xidmətlər arasında kartdan pulu çıxarmaq, pul transferi, pin kodu dəyişmək, SMS və ya mobil bankçılıqda qeydiyyatdan keçmək mümkündür.
Eləcədə bax: Sığorta ödənişi/yığım nisbəti üzrə renkinq (yanvar-iyul, 2018) – CƏDVƏL 7
- Deməli filiala getmədən bankomat vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür. Mən oxucularımızın diqqətinə çatdırım ki, SMS xidməti kartla aparılan bütün əməliyyatlarınız haqqında mobil telefonunuza mesaj göndərilmə sistemidir. İlk baxışdan kiçik bir xidmət kimi görünə bilər, amma çox vacibdir ki, həm əməliyyatları izləyə bilirsiniz, həm də kartınızı itirdiyiniz təqdirdə balansınıza nəzarət edə bilirsiniz.
- Bəli çox gözəl qeyd etdiniz. Müştərilərimizin hamısına məsləhət görürük ki, SMS bankçılığa qoşulsunlar. İllərdir bu sahədə çalışırıq, statistik məlumatlarımızdan da bəlli olur ki, SMS mərkəzə qoşulanların hesabının təhlükəsizliyi yüksək dərəcədədir. Anında bankla əlaqə saxlayaraq bu əməliyyatı haradan həyata keçirildi, nəticə necə oldu, məbləğ niyə bu şəkildədir - bütün bu məlumatları məlumat mərkəzimizdən ala bilərlər.
- Elə mənim kartlarımdan biri SMS bankçılığa qoşulub, İstifadə etdiyim məbləğlər SMS şəklində telefonun yaddaşında qalır. Əgər hesabla bağlı narahatlığım olursa, pulu nə vaxt çıxardığımı unutsam telefonun yaddaşında baxıb öyrənə bilirəm.
- Bəli, hesabı nəzarətdə saxlamaq üçün ən əlverişli üsuldur.
- Az öncə siz də qeyd etdiniz, mənim özümün də təlabatım olub, kart transferləri də bankomatın xidmətlərindən biridir. Yəni bir kartdan digərinə pul köçürmək olur, bu əslində geniş yayılmış xidmətdir, amma yenə də qısa bir məlumat verək.
- Bankomatda pul transferi etmək üçün kartınızı daxil edirsiniz, pin kodunuzu girirsiniz, kart transfer bölməsini seçərək göndərəcəyiniz kart nömrəsini daxil edirsiniz, bu sorğu yalnışlıq olmasın deyə iki dəfə soruşulur, yenə eyni kart nömrəsini daxil edrsiniz, daha sonra köçürəcəyiniz məbləği daxil edirsiniz, kart transfer düyməsini seçirsiniz və bu andan etibarən yazdığınız məbləğ kodunu daxil etdiyiniz kartın balansına köçürülmüş olur.
- Kart transferi əməliyyatı ilə pul köçürmək baha başa gəlmir ki?
- Əməkhaqqı və pensyaları nəzərə alaraq təyin edilmiş mövcud köçürmə haqqı 0.15 faiz olaraq tutulur.
- Gəlin daha aydın başa düşülsün deyə konkret məbləğlə göstərək. Tutaq ki, mən öz kart balansımdan sizin balansınıza 100 AZN köçürmək istəyirəm, bunun üçün nə qədər xidmət haqqı çıxılır?
- 50 qəpik. 300 manata qədər köçürülən məbləğlər üçün bank tərəfindən 50 qəpik tutulur, köçürülən məbləğ 400 AZN-ə çatanda xidmət haqqı 60 qəpik edir. Bu bizim sosial layihələr üçün – minimum əməkhaqqılar, pensiyalar üçün tətbiq etdiyimiz məbləğdir.
- Bir dəfə bir əməkdaşımızn başına gəldi, oradan xatırlayıram, əməkdaşımız bölgədə olan bir layihə tərəfdaşına pul göndərirdi, həmin adam bütün qohumlarından soruşmuşdu ki, kimdə Beynəlxalq Bankın kartı var, o nömrəsini desin, o hesaba pul transfer edilsin. Amma indi deyəsən kart olmadan da bu mümkündür.
- Əlbəttə mümkündür. Bu xidmətin adı Cash By Code-dur. Bidiyiniz kimi, ABB bankomat sayına görə ölkədə ilk sıradadır. Bizim hazırda ölkə üzrə 765 bankomatımız xidmət göstərir, xidmətimiz Azərbaycanın bütün bölgəllərinə yayılıb. Deməli pul köçürmək üçün siz öz kartınızla yaxınlaşırsınız bankomata, Cash By Code xidmətini seçirsiniz, vəsaiti göndərmək istədiyiniz vətəndaşın mobil nömrəsini qeyd edirsiniz, sonra göndərmək istədiyiniz məbləği qeyd edirsiniz və təsdiq düyməsini vuraraq əməliyyatı həyata keçirirsiniz. Bu əməliyyat haqqında SMS vəsaiti göndərdiyiniz mobil nömrəyə göndərilir. Mobil kodu alan müştəri bankomata yaxınlaşır, Cash By Code bölməsini seçir, həm qəbzdəki, həm SMS-dəki kodları birləşdirərək bankomata daxil edir və vəsaiti çıxarır. Bunun üçün karta ehtiyacı olmur.
- Deməli əyani misal çəkək. Tutaq ki, mən dostuma pul göndərmişəm, daxil edəcəyimiz kod neçə rəqəmlidir?
- Siz kod girmirsiniz. Sadəcə müvafiq bölməni seçin, dostunuzun mobil nömrəsini daxil edin, məbləği qeyd edin. Həm bankomat tərəfindən sizə verilən qəbzdə, həm də dostunuza göndərilən SMS-də kod yazılır. Kod 5 və ya 6 rəqəmli olur və o kodları birləşdirmək lazımdır. Siz dostunuza zəng edərək və ya mesaj yazaraq sizin qəbzinizdə olan kodu ona bildirirsiniz. Birinci sizdəki qəbzdə olan kod, onun ardınca da dostunuzun mobil telefonuna daxil olan SMS-dəki kod bankomata daxil edilir və bankomat müəyyən edilmiş məbləği verir. Kodların qəbzdə və SMS məlumatda iki hissəyə bölünməsi təhlükəsizlik üçündür.
- Başqa bankdan kartı olan müştəri ABB-nın bankomatlarına yaxınlaşıb pul göndərə bilər?
- Başqa bankın müştərisi hətta kartı olmadan belə bu üsulla bizim bankomatlardan pul köçürə bilər. Bunun üçün Cash İnn dediyimiz, yəni loru dildə desək pul qəbul edən bankomatla Cash by Code dediyimiz variantı seçir,sonra Cash too Any Card xidmətini seçir, kart nömrəsini qeyd edir, göndərmək istədiyi vəsaiti seçir və göndərmək istədiyi adama pul köçürməsi edir.
- «Cash İn» bankomatı haqqında danışdınız. Yəqin ki oxucularımız bu barədə az-çox məlumatlıdırlar. Onların da funksiyaları çox maraqlıdır. Bizə bu barədə də məlumat verin zəhmət olmasa. Çünki biz adət etmişik ki bankomatdan pul çıxaraq. Bu isə elə bir sistemdir ki, bura pul yatırmaq olur.
- Bəli, bu bankomatın üstünlüyü odur ki, vəsaitləri mədaxil edə bilirsiniz. Filialdan fərqli olaraq bankomat 24 saat xidmət göstərir. Kartınızı daxil edərək, Cash İnn bölməsini seçərək mədaxil edə bilərsiniz. Bu bankomatların bir müsbət çəhətti də odur ki, ödəniş terminalında banknotları tək-tək daxil edirsiniz, amma Cash İnn bankomatları eyni anda 50 banknotu qəbul edə bilir. Siz hətta məbləği saymağa da vaxt itirmirsiniz, bankomat özü hesablayır, məsələn 100 manatlıq əskinasdan 5 ədəddir, 50 manatdlıq əskinasdan 10 ədəddir və s. Siz təsdiq düyməsini basırsınız və onlayn qaydada pul köçürməniz baş tutur.
- Ancaq manatla qəbul edilir valyuta?
- Bizim bankomatlarda həm manat, həm də dollar olaraq qəbul ediir. Bu bankomatdan asılıdır. Daha fərqli valyutalar ola bilər.
- Məsələn mənim kartım dollar hesabı deyil, bu halda manat yatıra bilərəm?
- Biz adətən problem yaranmaması üçün manat hesabına manat, dollar hesabına dollar yatırmağı məsləhət görürük. Amma mümkündür siz dediyiniz kimi etmək, bu halda müvafiq kommersiya rüsumu tutulur.
- Bankomatda kartın şifrəsini dəyişmək mümkündür?
- Bəli, istədiyiniz bankomatdan kartınızı daxil edərək 4 rəqəmli pin kodunuzu dəyişdirə bilərsiniz.
- Bankomatlarda tez-tez uzun növbələr yaranır. Məsəl üçün bir neçə gün öncə Asan Xidmətin önündəki bankomata yaxınlaşıb hesabımda pul çıxarmaq istədim, amma növbəni görüb fikrimdən daşındım. Növbəyə vaxt itirməmək üçün nə tövsiyyə edirsiniz?
- Bankomata balans yoxlamaq üçün gedənlər də çoxdur, növbələr bunun üçün də çox olur. Bu xidmət üçün növbə gözləməyə ehtiyac yoxdur. Bankın mobil əlavəsini telefona endirib bu xidmətdən telefonunuzdan da yararlana bilərsiniz, həm balansınızı yoxlaya bilərsiniz, həm çıxarışlarınıza baxa bilərsiniz. Siz kartınızla marketlərdə, restoranlarda post terminallar vasitəsi ilə ödəmə edə bilərsiniz, nəğd vəsaiti cibinizdə daşımazsınız, bu güvənli olar, çünki pulu itirmə ehtimalı yoxdur. Kartınıza bir şey olduğu zaman anında banka zəng edib blok edə bilərsiniz. Mobil əlavələr vasitəsi ilə kartınzı istədiyiniz zaman blok edə və aça bilərsiniz.
- Əhalinin böyük hissəsi bankomatdakı digər funksiyalardan xəbərsizdir, əksəriyyət yalnız pul çıxarmaq məqsədi ilə bankomatdan istifadə edir, biz bu barədə danışdıq. Yəqin ki bu sahədə maarifləndirmə işlərinə ehtiyac var. Bir sual da verim. Önlayın ödənişlər zamanı ABB-da müəyyənləşdirilmiş limit var. Bunun səbəbi nədir?
- Bu cür problemlə qarşılaşan müştərilər 937-yə, yəni bizzim məlumat mərkəzimizə zəng edərək məlumat versinlər. Bankların onlayn ödənişlərdə qoyduğu limitlər adətən müştərilərini qorumağa yönəlmiş addımlardır. Adətən təhlükəsizliklə əlaqəli atıır bu addım. Riskli ölkələr, riskli sahələr var. Amma müştəri müraciət etdikdə limiti bərpa edirik, müştəri istədiyi qədər onlayn ödəməni edə bilir.
- Kartla pulu xaricə aparmaq istədikdə necə, limit var?
- Müştəri istədiyi vəsaiti kartına qoyub xaricə gedə bilər. Yalnız getmədən öncə bankında təhlükəsizlik limiti ilə bağlı məlumat əldə edə bilər. Hazırda biz xaricdə təhlükəsizliyi qorumaq üçün limit qoymuşuq. Misal üçün 2000 manat. Əgər müştəri daha artıq istifadə edəcəksə banka müraciət edərək bu limiti qaldıra bilər. Bizim külli miqdarda pensiya kartlarımız var və bunlar xaricdə onlayn istifadə olunmur. Onları qorumaq üçün biz müəyyən limitlər qoymuşuq. Çünki pensioner xaricdə kartından istifadə etmir və kənar müdaxilə ola bilər.Amma istər məlumat mərkəzinə, istərsə də banka müraciət edərək xaricdə istifadə üçün kartın limitini aça bilərlər.
- Bəzən müştəri pulunu çıxarmaq istədikdə ya texniki nasazlıqdan, ya da hansısa problemdən bankomat kartı içəridə saxlayır. Bu halda müştəri nə etməlidir?
- Bu kimi hallarda müştəri istər filiallara, istərsə də bankın məlumat mərkəzinə müraciət edərək bankın xidmət ldığı prssessinq mərkəzinə sorğu buraxır və həmin kartını istədiyi filiala ünvanlayaraq oradan kartını götürür.
- Bu vəziyyət qeyri iş günlərində baş veribsə neyləməli? Bankın işləmədiyi günlərdə elə bir xidmət mərkəzi varmı ki, prblemi həll eləsin?
- Texniki xidmət verən şöbəmiz var, növbətçilərimiz şənbə günü daxil olmaqla fasiləsiz çalışır. Amma bankomatın harada yerləşdiyindən asılı olaraq əvvəlcə məlumat mərkəzi ilə əlaqə saxlamaq lazımdır.
- İBAM proqramından danışaq. Müştərilər bu proqrama daxil olan hesablara VOİN-lə açılmış hesabların daxil olmasını da istəyirlər. Bununla bağlı planlar necədir?
- İBAM bizim fiziki şəxslərə təqdim etdiyimiz mobil bankçılıq xidmətidir. Bu proqramdan fiziki şəxslər istifadə edir, vergi ödəyiciləri yox. Koorperativ müştərilərimiz üçün ayrı internet bankçılıq xidmətimiz var, ondan istifadə etmələrini məsəhət görürük.