«Banklardakı iş adamlarının pullarına gəlincə… çox təəssüf ki, onlar sığortalanmayıblar. Burada ancaq qanunun tələbləri işə düşür. Yenə də təəssüflə deyirəm ki, hesablarını hansı bankda açmaq və hansı bankda xidmət olunması iş adamların öz seçimləridir. Bazar iqtisadiyyatlı digər ölkələrdə olduğu kimi burada da ancaq qanunun aliliyi gözlənilməlidir».
Eləcə də bax: “İş adamlarının "AtaBank" və "Amrahbank"da pullarının qalmasına təəssüf edirəm”
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bağlanan banklarda iş adamlarının və şirkətlərin qalan pullarının taleyi ilə bağlı suala cavab verərkən bildirib.
Eləcə də bax: İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
Xatırladaq ki, Azərbaycanın bank sektorunda bu həftə baş verən növbəti «təmizlik» işləri çərçivəsində aprelin 27-də 4 bankda - «Ata Bank», «Amrah bank», «Ag bank» və «NBC bank»da müvəqqəti inzibatçılıq təyin edilib, bankların səlahiyyətləri alınıb, aprelin 28-də isə iki bankın - «Ata Bank», «Amrah bank»ın ləğvi barədə qərar qəbul edilib. Bu banklarda, eləcə də hələ taleyi məlum olmayan iki bankda əmanətlər qorunsa da, burada biznes və sahibkarların vəsaitlərinin taleyi hələ məlum deyil.
Bir qədər əvvəl «Bank Standard»da böyük şirkətlərin pulu artıq bir dəfə batıb. Bu gün keçirilən mətbuat konfransında məlum olub ki, bu dəfə də vəziyyət fərqli olmayacaq – əmanətlərən fərqli olaraq biznesin pulu qorunmur, üstəlik bu sahədə gələcəkdə də vəziyyət dəyişməyəcək.
Elman Rüstəmov xatırladıb ki, qanunvericiliyə görə, banklar bağlananda ilk növbədə əhalinin əmanətləri qaytarılır: «Sonra növbəlilik (pulların qaytarılması üzrə) başlayır, bu məsələ qanunda müfəssəl göstərilib. Qanunun aliliyi ondan ibarətdir ki, ləğvedici buna əməl etsin. Hüquqi dövlətdə yaşayırıq, bizdə biznes depozitləri sığortalanmayıb».
Baş bankir öz izahatında əslində qanunvericiliyə istinad etsə də, faktiki olaraq ölkədə biznes vəsaitlərin qorunması ilə bağlı böyük problemin olduğunu etiraf edib.
Məsələ bundadır ki, artıq olan vəsaitlərin passiv şəkildə saxlanıldığı əmanəilərdən fərqli olaraq, biznesin vəsaitləri iqtisadiyyat üçün daha qiymətlidir. Məhz bu vəsaitlər ölkə iqtisadiyyatını dövr etdirir, onların hesabına iş yeri yaradılır, mühüm əməliyyatların aparılmasına imkan verir. Buna baxmayaraq banklarda problem yarananda məhz bu vəsaitlər qaytarılma siyahısında axırlardadır və faktiki olaraq 90% hallarda qaytarılmır. Ona görə də bankların bağlanmasından əmanətçilərlə birlikdə, bəlkə də daha artıq şəkildə həmişə biznes də zərər görür.
Digər tərəfdən, ölkə qanunvericiliyinə görə, biznes hesabları və vəsaitləri yalnız bank üzərindən işləməlidir, nəticədə belə çıxır ki, hökumət iş adamlarından bankda hesab açmağı və vəsaitləri burada yerləşdirməyi tələb edir, digər tərəfdən bu vəsaitlər heç cür qorunmur.
«Biznes adamları daha savadlıdır və bankı düz seçməlidirlər»
Baş bankirin sözlərinə görə, məntiqlə bizneslə məşğul olan insan maliyyə cəhətdən daha savadlı və bacarıqlı olmalıdır, deməli onlar öz seçimlərini və risklərini düzgün idarə etməlidirlər: «Fəlsəfə ondan ibarətdir ki, kiçik orta və böyük biznes maliyyə cəhətdən cəmiyyətin daha savadlı hissəsidir. Onlar öz risklərini özləri idarə etməlidir. Əmanət sahiblərinin buna imkanı yoxdur. Ona görə də, dövlət ilk növbədə bunları qoruyur və qayğını öz üzərinə götürür».
Elman Rüstəmov bildirib ki, bu yanaşma bütün dünyada belədir: «Bütün inkişaf etmiş ölkələrdə qanunları qaldırıb baxsanız, hesab açmaq və seçim etmək də iş adamlarını öz seçimidir».
«Ömrü boyu vəsait toplayıb iş qurub, amma pulu itirir»
Baş bankir etiraf edir ki, ki, bankların bağlanması nəticəsində pullarını itirən bizneslər var. Bəziləri hətta bu hal nəticəsində bütün pullarını itirir: «Təəssüf edirəm ki, müraciətlər olur, 10-15 işçisi var, ola bilər bütün ömrü boyu bu vəsaiti toplayıb iş qurub, işçilərinə maaş verməlidir, amma indi onların pulunu verə bilmir. Çox ağrılı məsələdir, ağrılı haldır. Amma 10 illərdir yaratdığı biznesdir, ona görə də bank seçəndə diqqətli olmaq lazımdır».
«Filial müdiri qonşumdur, pulu orada saxlayacam»
Baş bankirin sözlərinə görə, bankların real vəziyyətinə baxıb seçim etməkdənsə, iş adamları bank seçmində bəzən daha çox başqa amillərə - şəxsi əlaqələr və münasibətlər üstünlük verirlər: «Bizə də bu barədə müraciətlər olur, mən özüm də görürəm ki, insanlar bankları seçəndə fərqli yanaşmalardan istifadə edirlər. Bankı seçəndə müştərilər subyektiv amillərlə, tanşılıqla seçir. «filiail müdiri qonşudur, gəlie hesabı bizdə açın» və sair».
Belə hallar maliyyə savadının aşağı olması ilə yanaşı, həm də yerli spesifikadan irəli gəlir ki, «bəzi müşərilər «mənim dostumun bankı var, burada hesab açacam» deyə hərəkət edirlər, belə olmamalıdır».
Bəs «Pis bankları» tanımaq mümkündürmü?
Amma problem ondadır ki, bankları başqa üsullarla seçmək də asan deyil. Bunun üsün bank sektorunda lazımi şəffaılıq yoxdur. Baş bankir özü də, biznes sahiblərinin «problemli bankları» tanımalı olduğunu desə də, etiraf edib ki, bu asan məsələ deyil. Ölkənin bank sistemində bankların vəziyyətini dəqiq qiymətləndirib nəticə çıxarmaq üçün operativ və açıq informasiya mənbəyi yoxdur. E.Rüstəmov bildirib ki, bu həm bankların, həm də müəyyən dərəcədə bank sektorunun əvvəlki tənzimləyicisinin – hazırda ləğv edilmiş Maliyyə Palatasınn (palatanın adını çəkməyib – FED.az) günahıdır.
«Obyektiv olaraq deməliyəm – özünü təqnqid olmasın, biz bir neçə aydır ki, qayıtmışıq requlyativ funsiyalara – amma əhəmiyyətli boşluqlardan biri odur ki, həmin informasiya üçün banklar öz audit hesabatlarını dövrü olaraq açıqlamalıdır, indiyədək bunu etməyiblər. Yəni bankların fəaliyyəti daha şəffaf olmalıdır və olmalı idi. Bazar iqtisadiyyatı və doğru seçim deyiriksə, doğru yanaşmadır, amma bankların şəffaf şəkildə məlumatları açması - requlyator kimi bizi borcumuzdur».
«Requlytor nə etməlidir, nə etməli idi? – bankların maliyyə vəziyyətini düzgün qiymətləndirməli idi. Bu istiqamətdə onlara tələblər qoyulmalıdır ki, onlar məlumatları açıqlamalı, əhalini və biznesi məlumatlandırmalıdır. Amma razılaşın ki, bank-bank düşüb hər bir müştəri hesab açanda onu qiymətəndirin kimi imkanımız yoxdur»-deyə bankir bildirib.
«Bəzi banklar məlumatları gizlətməyə çalışırlar»
AMB sədri bildirib ki, hazırda əsas işlərdən biri ondan ibarətdir ki, maliyyə sistemi qaydaya düşəndən sonra burada şəffaflıq da yaradılacaq ki, əhali və biznes tam məlumatlı olsun»
Elman Rüstəmov birbaşa deməsə də, işarə edib ki, bəzi banklar məlumatların tam açıqlanmasında maraqlı deyillər: «Növbəti rübdən başlayaraq bunu edəcəyik. Böyük banklar bunu edir, məlumatları açıqlayır, amma bir sıra banklar bir qədər bundan qaçırlar. Daha kiçik banklar var, hansı ki, kənarda qalmağa çalışırdılar».
Baş bankirdən «iri banklar daha etibarlıdır» işarəsi
Məsələnin maraqlı tərəfi belə vəziyyətdə – bank hesabatlarının tam şəffaf olmaması və onların vəziyyətini qiymətləndirməyin çətin olduğu bir halda – hesab açıb pul saxlamaq üçün bankın vəziyyətini necə qiymətləndirməkdir.
Elman Rüstəmov bunun üçün universal düstür deməyib, amma işarə edib ki, iri bankların bağlanması ehtimalı daha azdır: «Belə bir deyim var, biznesi elə böyütmək lazıdır ki, onun batmasında heç kim maraqlı olmasın. Bizim sistem xarakterli banklarımız və böyük dövlət bankımız var. Müştərilər də hesablarını açanda banklara qarşı seçimdə çox tələbkar olmalıdırlar».