Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərində depozit portfelinin payı orta hesabla 66,4% təşkil edib.
Bu, aparılan araşdırma nəticəsində məlum olub.
Ayrı-ayrı banklarda isə sözügedən nisbət fərqlidir. Hesabat tarixinə, depozit portfelinin öhdəliklərə ən yüksək nisbəti "PAŞA Bank"da qeydə alınıb - 89,1%.
Bu göstərici daha 4 banka 80-90% arasında, 4 bankda 70-80% arasında, 8 bankda 60-70% arasında, 5 bankda 50-60% arasında, 5 bankda 40-50% arasında, "Bank BTB"də 32,9%, "Dəmir Bank"da 29%, "Bank VTB Azərbaycan"da 11,3%, İran Milli Bankının Bakı filialında isə 9%-dir.
Depozit portfelinin öhdəliklərə nisbətinin az olduğu banklar digər maliyyə institutlarından vəsait cəlb etməyə üstünlük veriblər.
|
№ |
Bankın adı |
Bankın öhdəliklərində depozit portfelinin payı |
|
1 |
PAŞA Bank |
89,1% |
|
2 |
Yapı Kredi Bank Azərbaycan |
88,0% |
|
3 |
Rabitə Bank |
87,3% |
|
4 |
Express Bank |
84,7% |
|
5 |
Kapital Bank |
81,7% |
|
6 |
Azər-Türk Bank |
77,6% |
|
7 |
Xalq Bank |
76,5% |
|
8 |
Amrah Bank |
75,2% |
|
9 |
Azərbaycan Sənaye Bankı |
71,6% |
|
10 |
Bank of Baku |
69,2% |
|
11 |
Bank Respublika |
69,1% |
|
12 |
Unibank |
67,1% |
|
13 |
Pakistan Milli Bankı - Bakı |
65,7% |
|
14 |
Atabank |
62,0% |
|
15 |
Nikoyl Bank |
62,0% |
|
16 |
NBC Bank |
61,6% |
|
17 |
Bank Silk Vey |
60,6% |
|
18 |
Zıraat Bank Azərbaycan |
59,2% |
|
19 |
Azərbaycan Beynəlxalq Bankı |
56,6% |
|
20 |
Bank Avrasiya |
54,9% |
|
21 |
Turan Bank |
54,0% |
|
22 |
AFB Bank |
50,9% |
|
23 |
Günay Bank |
49,5% |
|
24 |
Access Bank |
48,7% |
|
25 |
AGBank |
47,2% |
|
26 |
Muğan Bank |
46,9% |
|
27 |
Naxçıvan Bank |
46,4% |
|
28 |
Bank BTB |
32,9% |
|
29 |
Dəmir Bank |
29,0% |
|
30 |
Bank VTB Azərbaycan |
11,3% |
|
31 |
İran Milli Bankı - Bakı |
9,0% |
|
|
Orta hesabla |
66,4% |
Renkinq©














