21 fevral 2015-ci ildə baş vermiş birinci devalvasiyadan sonra əmanətlərin həcmi 35% azalaraq 7,6 milyard dollardan 5 milyard dollara düşdü. Bu müddətdə əmanətlərin dollarlaşması səviyyəsi 62%-dən 81%-ə yüksəldi. Halbuki 2014-cü ilin sonları dollar əmanətlərin payı daha az - 36-37% civarında olub. Devalvasiya qorxusu və əmanətlərin dollarlaşması bankları manat kreditlərini məhdudlaşdırmağa vadar etdi. Elə bunun nəticəsi olaraq dollar kreditlərinin payı 2014-cü ilin sonlarındakı 27%-dən 50%-ə qədər yüksəldi. Devalvasiya nəticəsində dollar krediti götürən əhalinin və sahibkarların aylıq ödənişi 2 dəfəyədək artdı və bu, onların ödənişinə mənfi təsir etdi, vaxtı keçmiş kreditləri stimullaşdırdı. Bankların da “qara günləri” elə bundan sonra başladı.
Lakin dövlət səviyyəsində aidiyyatı qurumlar tərəfindən bakların sağlamlaşdırılması üçün müxtəlif tədbirlət görülməyə başlanıldı. Bu prosesə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu səfərbər olundular. 2018-ci ilin 4 ayında banklar tərəfindən 313 milyon manat həcmində kapital inyeksiyasını təmin edilib. Bir qədər avvələ nəzər salsaq görərik ki, Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları 2017-ci ildə 900 mln. manat məbləğində kapital inyeksiyası ilə təmin ediliblər. Bəs görülən işlər nə qədər effektiv olub? Bankların inyeksiyalaşdırılması nə qədər özünü doğruldub bu suala cavabı ekspertlər belə cavablandırıblar.
Cəfər İbrahimli: Öncəliklə bankların sağlamlaşdırılması və ya ləğvi ilə bağlı Banklar haqqında qanuna ciddi dəyişliklər olundu. Hələlik burada nəzərdə tutulan mexanizmaların birçoxu bazar konyekturasında işlək olmasa belə, bu dəyişiklik bankların sağlamlaşdırılma və ləğv etmə prosesindəki çətinliklərin ortadan qaldırılmasına dəstək olacaq. Palatanın tələbləri çərçivəsində bankların bir hissəsi kapitallarını artırilması nəticəsində ləğv olunaraq Əmanət Fonduna əlavə yük olma təhlükəsi ortadan qaldırıldı. ABB-nin problemli aktivlərinin və valyutada olan borc öhdəliklərinin dövlətə ötürülməsi qısa müddətdə həm manat həm də maliyyə sektoru üzərindəki təzyiq xeyli azaldılmış oldu. Bəzi bankların birləşdirilərək kapital çatışmazlığını ortadan qalxması təmin edildi. Əvvəlki illərdə bankların kredit portfelinin təsnifləşdirilməsi çərçivəsində problemli kreditlərin həcmi reallığı əks etdirmirdi və dəqiqləşdirilmə aparılaraq əsl rəqəmlər müəyyənləşdirildi deyə Cəfər İbrahimli qeyd edib.
İqtisadçı ekspert Cavanşir Abdullayev bankların sağlamlaşdırılmasına başlanılandan bugünə kimi müsbətə 4 əsas punktun dəyişdiyini bildirdi.
- Kapitalın artımı
- Risk menecmentə diqqətin artması
- Kreditləşmədə nisbətən konservatizm
- Institusional potensialın inkişafına diqqətin artması
Ekspert Vüqar Bayramov bütün xəstəliklərin müalicəsində olduğu kimi bu prosesində uzun vaxt alan proses olduğunu bildirdi.
Onun sözlərinə görə, əslində 2015-2016-cı illər komersiya bankları üçün kifayət qədər çətin illər olub. Bundan başqa bank sektrouna olan çatışmamazlıqlar inamın azalmasına və bankların problemli krditlərində artımlarım olmasına gətirib çıxardı. Ekspertin fikrincə bankların sağlamlaşdırılmasına başlanılması birmənalı şəkildə iqtisadiyyat üçün əsas məqsədlərdən biridir. Odur ki bankların sağlamlaşdırılması həyata keçirilmədən maliyyə sektrounda uğurun əldə edilməsi çox çətindir. Ötən müddətdə bankların sağlamlaşdırılması istiqamətində bir sıra addımlar atılsa belə , problemli kreditlərin azalması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Belə ki, vaxtı keçmiş kreditlərin həcminə diqqət yetirsək ,2017-ci ilin əvvəllərində problemli kreditlərin həcmi 1 milyard 633 milyon manat idisə,2018-ci ilin yanvarında bu rəqəm 1 milyard 695 milyon manat olub.
Düzdü 2018-ci ilin birinci yarım illik statistikasına nəzər yetirsək görərik ki, kredit portfelində azalmalar davam edir. Müsbət məqam ondan ibarətdir ki, 2018-ci ilin ilk 6-ayını Azərbaycan kommersiya bankları nın kredit portfelində ümumən artım qeydə alınıb. Ümumilikdə kredit portfeli 12 milyard 105 milyon manat yüksəlib . Bankların kredit portfelinin artmasını müsbət hal kimi qeyd etmək lazımdır.
Bundan başqa diqqət yetirsək görərik ki, deposit portfelində də artım var. Bu da manatın stabilliyinin qorunub saxlanmsı ilə əlaqədardı. 2018-ci ilin yanvar ayında komersiya banklarının deposit portfli 7 milyard 497 milyon manat idi. Birinci yarım illiyin sonunda isə bu rəqəm 8 milyard 109 milyon manata qədər yüksəlib deyə ekspert qeyd edib.
Eləcə də bax: «Devalvasiya yalnız bir halda ola bilər...» - MÜSAHİBƏ