31 dekabr 2018-ci il tarixinə bankların kapital adekvatlığı əmsalı araşdırılıb.
FED.az xəbər verir ki, bankların kapital adekvatlığı əmsalı əsas risk göstəricilərindən biri olub, bankın məcmu kapitalının onun riskli aktivləri qarşısında dayanıqlığını göstərir. Bu hədd Mərkəzi Bank tərəfindən minimum 10% olaraq qəbul olunub. Yəni, bir bankın kapitalı onun risk ölçülü aktivlərinin 10%-dən az olmamalıdır. Bu əmsalın yüksək olması bankın kapitalının onun riskli aktivlərə qarşı daha çox dayanıqlı olmasını, az olması isə tam əksini - bu dayanıqlığın pozulduğunu göstərir.
Kapital adekvatlığının hesablanması qaydası Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda geniş izah olunub. Qısaca desək, bu əmsal tutulmalardan sonra bankın məcmu kapitalının risk ölçülü aktivlərinə faiz nisbəti kimi hesablanır.
Eləcə də bax: Ən yüksək gəlir verən əmanətlər - BANKLAR, SİYAHI
Onu da qeyd edək ki, "kapitalın strukturu və adekvatlığı hesabatı" mühüm hesabatlardan biri hesab olunur və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən digər hesabatlarla bərabər dərc olunması tələb olunur.
Kapital adekvatlığı əmsalına görə bankların ardıcıllığı isə belədir:
Bank |
Kapital adekvatlığı əmsalı (%) |
Pakistan milli bankının Bakı filialı |
348,9 |
Naxçıvanbank |
152,42 |
Bank Avrasiya |
57,87 |
AFB Bank |
54,527 |
VTB Bank Azərbaycan |
39,11 |
Beynəlxalq Bank |
32,26 |
Gunay Bank |
31,55 |
Rabitəbank |
26 |
Nikoil Bank |
24,62 |
Azər Türk Bank |
24,17 |
Expressbank |
24 |
Yapı Kredi Bank Azərbaycan |
23,8 |
Ziraat Bankı |
23,05 |
NBC Bank |
22,07 |
Bank BTB |
20,36 |
Turanbank |
15,8 |
Xalq Bank |
15,74 |
Kapital Bank |
15,31 |
Atabank |
14,71 |
Premium Bank |
13,27 |
Paşa Bank |
11,8 |
Bank Respublika |
11,36 |
Unibank |
10,96 |
Bank of Baku |
10,45 |
AGBank |
10,11 |
Amrahbank |
9 |
AccessBank |
4,03 |