Azərbaycandakı bankların göstərdiyi xidmətlə bağlı ən operativ və asan cavabları bankların müştərilər üçün yaratdığı “Çağrı Mərkəzi” ilə əlaqə saxlayıb öyrənmək mümkündür. Xarici terminlə desək “Call Centre”, öz dilimizdə desək “Çağrı mərkəzi”, “Müştəri xidmətləri”, “Qaynar xətt” və s. adlandırmaq mümkündür. Əlaqə saxlayan müştəri üçün bunun necə adlandırılmasının fəqri yoxdur, ən əsası edilən zənglərə operativ, dəqiq və dolğun cavab almaq önəmli hesab olunur. Yəni, müştəri bankın filialına yaxınlaşmadan müvafiq sualların cavabını və problemini bir zəng vasitəsilə həll etməsi operativ işin əsas amilidir.
Bankların qaynar xəttləri əsasən bankın iş saatına uyğun olaraq 09:00-18:00 arası fəaliyyət göstərir. Qaynar xətt hətta nahar fasiləsində də fəaliyyət göstərərək yüzlərlə müştərilərin sual və ya problemlərini telefon vasitəsilə həll etməyə qadirdir. Amma bəzi bankların qaynar xətti gün ərzində məşğul olaraq və ya fəaliyyət göstərməyərək müştərilərini ya banka gəlməyə məcbur edir ya da yaranmış sual və problemlə üz-üzə qoyur.
FED.az olaraq, Azərbaycanda fəaliyyət göstərən bankların “Çağrı Mərkəz”lərinin necə işləməsi haqqında hazırlanmış geniş araşdırmanı təqdim edirik:
“AtaBank”ın qaynar xətti (136) operativ və dolğun şəkildə müştərilən suallarını cavablandırır. Bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərir.
“Günay Bank”ın saytında əlaqə telefonlarını (012 599 00 77) “Xidmət şəbəkəsi” bölməsində qeyd olunub. Bankın əlaqə telefonları operativ şəkildə işləyərək operatorlar müştərilərin suallarını dolğun şəkildə cavablandırır.
“Kapital Bank”ın qaynar xətti (196) operativ şəkildə müştərilərin suallarını cavablandırır. Bankın qaynar xəttində sıra nömrəsi barədə məlumat verilir. Bankın saytında onlayn məsləhətçi xidməti də operativ və dolğun şəkildə müştərilərinin suallarını cavablandırır.
“Rabitə Bank”ın qaynar xətti (133) müştərilərin suallarını dəqiq və dolğun şəkildə cavablandıran banklar sırasındadır. Bankın saytında onlayn məsləhətçi yoxdur.
“Bank VTB”nin qaynar xətti (986) suallara operativ şəkildə cavablandırsa da müştərinin hansı sırada gözlədiyi barədə məlumat vermir. Bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərir.
Qeyd edək ki, əlaqə saxladığımız banklar üzrə onlayn məsləhətçilər sırasında suallara ən operativ və dolğun cavablar bankın məsləhətçisi Emil Əliyev tərəfindən verilir.
“Azər Türk Bank”ın qaynar xətti (945) operativ şəkildə sualları cavablandırır.
“Access Bank”ın qaynar xətti digər bankların saytından fərqli olaraq saytın ən alt bölməsində (151) göstərilib. Gün ərzində qaynar xətt məşğul olduğu üçün əlaqə saxlaya bilmədik. Bundan başqa bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərsə də, düzgün və dolğun məlumat vermir.
“Bank of Baku”nun qaynar xətti (145) də operativ xidmət göstərsə də, bankın saytında onlayn məsləhətçi xidmət göstərmir.
“DəmirBank”ın qaynar xətti (149) dünən müəyyən problemlərdən dolayı işləməsə də, bu gündən etibarən operativ və düzgün olaraq müştərilərin suallarını cavablandırır.
“Bank Respublika”nın qaynar xətti (144) düzgün və dolğuun şəkildə xidmət göstərsə də, bankın saytında onlayn məsləhətçi xidməti yoxdur.
“Yapı Kredi Bank”ın qaynar xətti (*0444) 7/24 fəaliyyət göstərməsinə baxmayaraq gün ərzində məşğuldur. Bundan başqa bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərir.
“Unibank”ın qaynar xətti (117) müştərini xətdə gözlətdiyi zaman növbədəki yeri barədə məlumat verir. Bankın saytında onlayn məsləhətçi müştərilərin suallarını operativ cavablandırır.
“NBC Bank”ın (932) nömrəli qaynar xətti də gün ərzində məşğul idi. Bundan başqa, saytın onlayn məsləhətçisi Zərnişan xanım sualları dəqiq və operativ şəkildə cavablandırır.
“AFB Bank”ın saytında əlaqə telefonlarını (012 565 65 65) qeyd etməyib. Saytın operatoru suallarımızı cavablandırmaq üçün ikinci şəxsə bağladı. İkinci şəxs isə valyuta məzənnəsi üçün suallarımızı natamam cavablandıraraq bizi üçüncü şəxsə yönləndirdi.
Qeyd edək ki, bankın saytında dolların nağdsız alış-satışı qeyd olunduğu halda ikinci şəxs bu əməliyatın bankda olmadığını bildirdi. Bankın saytında onlayn məsləhtçi fəaliyyət göstərmir.
“Bank BTB”nin qaynar xətti (012 492 20 20) saytın üz qabığında göstərilməyib. Bundan başqa bankın əlaqə telefonları zənglərimizə cavab verməyib və saytında onlayn məsləhətçi fəaliyyət göstərmir.
“Bank Avrasiya”nın əlaqə telefonu (012 598 85 85) saytın alt hissəsində göstərilib. Suallarımıza operativ və dolğun cavab verən bankın saytında onlayn məsləhətçi yoxdur.
“Paşa Bank”ın saytının əlaqə bolməsində qaynar xətti (*9123) göstərilib və operator müştərilərin suallarını operativ şəkildə cavablandırır. Bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərmir.
“Naxcıvan Bank”ın saytında əlaqə telefonları (012 589 51 00) saytın giriş hissəsində qeyd olunub. Bankın əlaqə telefonları gün ərzində telefonlara cavab vermir və saytında onlayn məsləhətçi fəaliyyət göstərmir.
“Melli İran Bankı”nın saytında əlaqə telefonları (012 598 90 05) “Əlaqə” bölməsinə əlavə olunub. Telefon zənglərinə operativ, dəqiq və dolğun cavab verilir. Bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərmir.
“Ziraat Azərbaycan”ın da əlaqə telefonları (012 505 56 16) “Əlaqə” bölməsinə əlavə edilib.
“NBP Bank”ın əlaqə telefonu (012 464 30 52) saytın “Əlaqə” bölməsində qeyd olunub. Telefonlara operativ şəkildə cavab verilsə də, operator sualları qeyri-dəqiq cavablandırır. Bankın saytında onlayn məslətçi fəaliyyət göstərmir.
“Nikoil Bank”ın qaynar xətti (981) saytın giriş hissəsində qeyd olunub. Qaynar xətt operativ və dəqiq olaraq müştərilərin suallarını cavablandırır. Bankın saytında onlayn məsləhətçi xidmət göstərmir.
“Azərbaycan Beynəlxalq Bankı”nın qaynar xətti (937) müştərini xətdə gözlətdiyi zaman sıra nömrəsi haqqda məlumat verir. Operatorlar isə müştərilərin suallarını dəqiq və dolğun cavablandırır. Bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərmir.
“Express Bank”ın qaynat xətti (132) müştərini xətdə gözlətdiyi zaman sıra nömrəsini müştəriyə bildirir. Operatorlar müştərilərin suallarını operativ şəkildə cavablandırır. Bankın saytında onlayn məsləhətçi xidməti yoxdur.
“ASB Bank”ın qaynar xətti (137) gün ərzində məşğul olduğu üçün suallarımıza cavab tapa bilmədik. Bundan başqa bankın saytında “Mənə zəng et” xidməti fəaliyyət göstərir ki, əlaqə telefonu verdiyimiz halda tərəfimizə 3 iş günü ərzində zəng edilmədi.
“Bank Silk Way”ın qaynar xətti (931) operativ və dəqiq olaraq müştərilərin suallarını cavablandırır. Bankın saytında onlayn məsləhtçi xidməti fəaliyyət göstərmir.
“AmrahBank”ın qaynar xətti (987) müştəriləri xətdə gözlətdiyi zaman sıra nömrəsi haqqında məlumat vermir. Operatorlar dəqiq və operativ olaraq müştərilərin sualını cavablandırır. Bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərmir.
“Xalq Bank”ın qaynar xətti (138) müştəriləri xətdə gözlətmədən birbaşa operatora bağlayır. Bankın operatorları müştəriləri dəqiq və dolğun məlumatlandırır. Bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərir.
“AGBank”ın qaynar xətti (135) müştəriləri birbaşa operatora bağlayır. Operatorlar müştərilərin suallarını dəqiq və dolğun cavablandırsa da bankın saytında onlayn məsləhətçi fəaliyyət göstərmir.
“Muğan Bank”ın qaynar xəttinə (933) cavab verən operator suala uyğun olaraq müştərini ikinci şəxsə yönləndirir. Bank telefonda gözlətdiyi müştərinin hansı növbə üzrə gözlətdiyi barədə məlumat vermir. Bankın saytında onlayn məsləhətçi xidməti yoxdur.
Banklardakı “Çağrı mərkəzləri”nin mövcud vəziyyəti - ARAŞDIRMA
16:11
12 Dek 2017