Azərbauycan Mərkəzi Bankı “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nı təsdiqləyib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23 dekabr 2025-ci il tarixli qərarı ilə “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası” (Qayda) təsdiq edilib"-deyə bilsirilir.
Yeni tənzimləmə çərçivəsi bankların tənzimləməsini Bazel III standartlarına uyğunlaşdırma ilə yanaşı, banklarda bazar risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, monitorinqi və idarə edilməsinə dair vahid və mütərəqqi tələbləri müəyyən edir.
Qaydada banklarda bazar risklərinin idarə edilməsi sistemi, siyasəti və qaydaları üzrə tələblər, bazar riskinin ayrı-ayrı növləri (faiz dərəcəsi, valyuta, kapital və əmtəə riski) üzrə risklərin ölçülməsi metodları, monitorinq və hesabatlıq nəzərdə tutulur. Qayda həmçinin faiz dərəcəsi, valyuta, kapital və əmtəə risklərinin daha dəqiq müəyyən edilməsinə və ölçülməsinə imkan yaradacaq. Bununla yanaşı, xüsusilə bank kitabından yaranan faiz dərəcəsi riskinin (IRRBB) qabaqcıl yanaşmalar əsasında idarə olunması təmin ediləcək. Bu isə bazar dəyişikliklərindən irəli gələn mümkün itkilərə qarşı bank sektorunun dayanıqlılığını gücləndirəcək.
Qaydanın tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:











