Faiz gəlirləri necə formalaşır?
Bankın faiz gəlirləri dedikdə, bu portfel ilk növbədə bankın verdiyi kreditlərdən əldə etdiyi gəlirlər hesabına formalaşır. Bundan başqa bankın faiz gəlirlərinə qiymətli kağızlarından əldə etdiyi gəlirlər daxildir. Məslən, banklar hazırda depozit hərraclarında fəal iştirak edir, manatla olan vəsaitlərini bu yolla yerləşdirərək, 12-14 faiz aralığında gəlir götürürlər. Bundan başqa, Mərkəzi Bankın buraxdığı notlar, dövlət istiqrazları, bir bankın digər banka verdiyi kreditlərdən formalaşan gəlirlər də aiz gəlirləri seqmentinə daxildir.
Faiz xərclərini nəyə ödəyirlər?
Faiz xərcləri isə müddətli depozitlər və əmanət qoyuluşlarına görə müştərilərə ödənilən vəsaitlərdir. Bura digər bankların depozitləri, kredit əməliyyatları, qiymətli kağızlarının buraxılışı da daxildir. Məsələn bank istiqraz buraxa bilər, necəki bunu Unibank və Paşa Bank etdi və beləliklə həmin istiqarzları alan şəxslərə faiz ödəməsi həyata keçirir.
Qeyri-faiz gəlirləri
Buna rahat qazanılan pul da demək olar. Çünki bankın qeyri-faiz gəlirlərinin strukturuna nəzər salsaq, burada əsasən valyuta mübadiləsindən və komissiya haqqlarından yığılan vəsaitlər üstünlük təşkil edir. Məlumdur ki, son iki ildə bəzi bankların qeyri-faiz gəlirlərində artım tempi daha çoxdur. Bu isə bankların kredit portfelini kiçildərək, ani likvidlik yaradan gəlir mənbələrinə üstünlük verməsilə bağlıdır. Xüsusən də valyuta mübadiləsindən əldə olunan gəlirlərin göstəriciləri buna sübutdur. Məsələn, Amrahbankın 7 milyon manatlıq qeyri-faiz gəlirlərində valyuta mübadiləsindən əldə etdiyi vəsait 5 milyon 824 min manatdır.
Qeyri-faiz məsrəflərinə veksel üzrə diskont əməliyyatları, vergilərin ödənilməsi, qiymətli kağızlar bazarında spekulyativ əməliyyatların itkiləri, valyuta bazarı əməliyyatları, bank əmlakının satışına aid ehtiyat vəsaitlərinin təşkili daxildir. Eyni zamanda bu xərcləri admistrativ xərclər də daxildir. Məsələn bir neçə bankın administrativ xərclərində kəskin artma nəzərə çarpır.
Cədvəldəki göstəricilər min manatla ifadə olunur.
Bankın adı | Faiz gəlirləri Min man |
Faiz xərcləri | Qeyri-faiz gəlirləri | Qeyri-faiz xərcləri |
Azərbaycan Beynəlxalq Bankı | 510 101 | 307 777 | 513 245 | 180 924 |
Kapital Bank | 263363.26 | 81717.36 | 135176.39 | 148407.6 |
Paşa Bank | 35,759 | (9,094 | 10,393 | (23,654 |
Günay Bank | 6 915 | 3806 | 8503 | 4308 |
AtaBank | 47262 | 19990 | 8481 | 29151 |
Azər-Türk Bank | 16,420 | 5,775 | 9,845 | 2,680 |
Access Bank | 102 475 | 63 517 | 14 754 | 66 896 |
VTB Azərbaycan | 12448 | 29682 | 9799 | 25118 |
Expressbank | 25,869 | 6,130 | 11,096 | 2,160 |
Xalqbank | 100 329 | 25 660 | 12 862 | 40 552 |
Bank of Baku | 12 457 | 5 811 | 620 | 1 579 |
Muğanbank | 42 812 | 16 193 | 9 280 | 2 183 |
Yapı Kredi Bank Azərbaycan |
34 690 | 7 993 | 22 759 | 32 651 |
Rabitəbank | 25513 | 13643 | 14287 | 6112 |
Unibank | 72084 | 25142 | 8824 | 47897 |
Bank Nikoil | 66 682 | 19 688 | 3 066 | 21 557 |
AFB Bank | 24 675 | 2953 | 11522 | 15423 |
Turanbank | 29 479 | 20 411 | 4 160 | 12 805 |
Bank Respublika | 30,666 | 22,425 | 29,409 | 32 687 |
Azərbaycan Sənaye Bankı | 24 457 | 14 058 | 6 965 | 10 670 |
SilkWayBank | 27 804 | 11 751 | 18 612 | 25 310 |
Amrahbank | 13 013 | 11 476 | 7 104 | 15 705 |
AGBank | 23 056 | 22 042 | 27 547 | 33 792 |
NBC Bank | 13 894 | 6 479 | 3 142 | 6 032 |
Bank Avrasiya | 12 623 | 2 773 | 3 314 | 4 634 |
BTB Bank | 13 837 | 9 503 | 2 25 | 11 934 |
Melli İran Bankı Bakı | 2 967 | 54 | 416 | 1 899 |
Pakistan Milli Bankı | 829 | 2 | 6 | 935 |
Naxçıvanbank | 5 363 | 280 | 2 998 | 3 014 |
Ziaraat Bank Azərbaycan | 11 776 | 3 207 | 4 192 | 6 505 |