Cari hesablarda olan vəsaitlər nağdlaşdırılarkən tutulan komissiya faizləri hər banka gör bir-birindən fərqlənir. Bəs ən sərfəli komissiya haqqı şərtləri hansı bankdadır?
FED.az olaraq oxucularımızın marağını nəzərə alaraq ölkədə fəaliyyət gösətərən 5 bankdan bu barədə məlumat aldıq. Banklarda pul nağdlaşdırmasından tutulan komissiya haqqı 0,5, 0,6, 0,12 və 1% olmaqla bir-birindən fərqlənir. Bannklar üzrə TOP 5 araşdırmamızı təqdim edirik.
1 il komissiya haqqı tutulmur – “Günay Bank”
“Günay Bank”dan bizə verilən məlumata görə, bu bankda fiziki şəxsə aid olan cari hesabdakı vəsait hesabın sahibi tərəfindən yerləşdirilibsə 1 il müddətində nağdlaşdırılarkən komissiya haqqı tutulmur, 1 ildən sonra nağdlaşdırılarsa tutulacaq komissiya haqqı 1%-dir. Hüquqi şəxsə aid cari hesabdakı vəsait nağdlaşdırılarsa, müddətindən asılı olmayaraq 0,5% komissiya haqqı tutulur. Bankdan bildirdilər ki, hüquqi şəxsə aid cari hesabdan sadələşdirilmiş vergi ödəyicisi 15 min manata qədər, ƏDV ödəyicisi isə 30 min manata qədər vəsait götürə bilər. Cari hesaba tətbiq olunan komissiya haqqı şərtləri həm manat, həm də dollarla olan hesablara aiddir.
Əgər fiziki şəxs cari hesabdan 100 min dollar çıxararsa tutulan komissiya haqqı 1000 dollar olacaq. Fiziki şəxsin həmin hesabından 1 milyon manat çıxarılarsa 10 min manat komissiya haqqı tutulur.
Bu bankda əmanət hesablarında olan vəsaitlər yalnız müqavilə müddəti bitdikdən sonra götürülə bilər. Əgər müştəri əmanət hesabındakı vəsaiti, müqavilə şərtlərini pozaraq, həmin müddətdən tez götürmək istəyirsə, o halda, müqavilə müddətinin davamı üçün nəzərdə tutulmuş fazilər müştəriyə verilməyəcək, əvvəlki aylarda müştərinin aldığı faizlər əmanət hesabındakı vəsaitdən silinəcək. Əmanət hesabınızdakı vəsaiti əmanət müqaviləsi bitdikdən sonra götürsəniz o halda həmin məbləğdən heç bir komissiya haqqı tutulmur.
Sadəcə 0,5 faiz – ”Azər Türk Bank”
“Azər Türk Bank”dan bildirdilər ki, bu bankdakı cari hesabınızdakı vəsaiti nağdlaşdırmaq istəsəniz sadəcə 0,5% komissiya haqqı tutulacaq. Onu da dedilər ki, bu komissiya şərti həmin bankdakı cari hesabın manat və ya dollarla, fiziki və ya hüquqi şəxsə aid olmasından asılı olmayaraq eyni şəkildə tətbiq olunur.
Əgər cari hesabdan 100 min dollar çıxarılarsa tutulan komissiya haqqı 500 dollar olacaq. Həmin hesabdan1 milyon manat çıxarılarsa 5000 manat komissiya haqqı tutulur.
Bu bankda əmanət hesablarında olan vəsaitlər yalnız müqavilə müddəti bitdikdən sonra götürülə bilər. Əgər müştəri əmanət hesabındakı vəsaiti, müqavilə şərtlərini pozaraq, həmin müddətdən tez götürmək istəyirsə, o halda, müqavilə müddətinin davamı üçün nəzərdə tutulmuş fazilər müştəriyə verilməyəcək, əvvəlki aylarda müştərinin aldığı faizlər əmanət hesabındakı vəsaitdən silinəcək. Əmanət hesabınızdakı vəsaiti əmanət müqaviləsi bitdikdən sonra götürsəniz o halda həmin məbləğdən heç bir komissiya haqqı tutulmur.
Vəsaiti özünüz qoymusunuzsa faiz tutulmur – “Paşa Bank”
“Paşa Bank”da, dollar və ya manatla olmasından asılı olmayaraq cari hesabınız varsa, bu hesabdakı vəsaitinizi nağdlaşdırmaq istəsəniz bank sizdən 1% komissiya haqqı tutuacaq.
Məlumat xidmətindən öyrəndik ki, bu faiz şərti fiziki şəxslər üçün bir az fərqlidir. Belə ki, əgər cari hesabınızdakı vəsaiti siz özünüz qoymusunuzsa, yəni hər hansı başqa hesabdan köçürmə yolu ilə gəlməyibsə, siz həmin vəsaiti 1 il boyunca istədiyiniz vaxt heç bir komissiya haqqı tutulmada götürə bilərsiniz. Əgər vəsaitin yerləşdirilmə müddəti 1 ili ötərsə nağdlaşdırma zamanı 1%-lik komissiya haqqı tətbiq olunur. Əgər cari hesabın sahibi hüquqi şəxsdirsə, hesabdakı vəsaiti nağdlaşdırılarkən hər bir halda 1% komissiya haqqı tutulur.
Əgər cari hesabdan 100 min dollar çıxarılarsa tutulan komissiya haqqı 1000 dollar olacaq. Həmin hesabdan1 milyon manat çıxarılarsa 10 min manat komissiya haqqı tutulur.
Bu bankda əmanət hesablarında olan vəsaitlər yalnız müqavilə müddəti bitdikdən sonra götürülə bilər. Əgər müştəri əmanət hesabındakı vəsaiti, müqavilə şərtlərini pozaraq, həmin müddətdən tez götürmək istəyirsə, o halda, müqavilə müddətinin davamı üçün nəzərdə tutulmuş fazilər müştəriyə verilməyəcək, əvvəlki aylarda müştərinin aldığı faizlər əmanət hesabındakı vəsaitdən silinəcək. Əmanət hesabınızdakı vəsaiti əmanət müqaviləsi bitdikdən sonra götürsəniz o halda həmin məbləğdən heç bir komissiya haqqı tutulmur.
Komissiya haqqı dollar və manat hesabına görə fərqlənir – “ABB”
“Beynəlxalq Bank”dan bildirdilər ki, cari hesabdakı vəsaitin nağdlaşdırılması zamanı tutulan komissiya haqqı həmin hesabın dollar və ya manat hesabı olmasına görə dəyişir. Belə ki, bu bankdakı cari hesab dollarladırsa vəsait nağdlaşdırılması zamanı 0,5%, əgər manatladırsa 0,6% komissiya haqqı tutulur. Bankın məlumat xidməti bildirib ki, bu faiz şərtləri həm fiziki, həm də hüquqi şəxslərə aiddir.
Əgər bu bankdakı cari hesabdan 100 min dollar çıxarılarsa tutulan komissiya haqqı 600 dollar olacaq. Həmin hesabdan1 milyon manat çıxarılarsa 5000 manat komissiya haqqı tutulur.
Bu bankda əmanət hesablarında olan vəsaitlər yalnız müqavilə müddəti bitdikdən sonra götürülə bilər. Əgər müştəri əmanət hesabındakı vəsaiti, müqavilə şərtlərini pozaraq, həmin müddətdən tez götürmək istəyirsə, o halda, müqavilə müddətinin davamı üçün nəzərdə tutulmuş fazilər müştəriyə verilməyəcək, əvvəlki aylarda müştərinin aldığı faizlər əmanət hesabındakı vəsaitdən silinəcək. Əmanət hesabınızdakı vəsaiti əmanət müqaviləsi bitdikdən sonra götürsəniz o halda həmin məbləğdən heç bir komissiya haqqı tutulmur.
Komissiya haqqı tutulur – “Unibank”
“Unibank”dan FED.az-a verilən məlumata görə, fiziki şəxslər buradakı cari hesabındakı öz yerləşdirdiyi vəsaitini 1 il müddətində nağdlaşdırmaq istəsə heç bir komissiya haqqı tutulmur, 360 gündən sonra isə stabil olaraq 1%-lik komissiya haqqı şərti tətbiq olunur.
Cari hesab hüquqi şəxsə aiddirsə bu zaman komissiya haqqı şərtləri bir qədər fərqli şəkildə həyata keçirilir. Belə ki, əgər hüquqi şəxsə aid olan cari hesabdakı vəsait başqa hesabdan köçürmə yolu ilə daxil olubsa həmin məbləğin nağdlaşdırılmasından 0,12%, hüquqi şəxs bu vəsaiti özü yerləşdiribsə həmin məbləğin nağdlaşdırılmasından isə 0,8% komissiya haqqı tutulur.
Bu bankda əmanət hesablarında olan vəsaitlər yalnız müqavilə müddəti bitdikdən sonra götürülə bilər. Əgər müştəri əmanət hesabındakı vəsaiti, müqavilə şərtlərini pozaraq, həmin müddətdən tez götürmək istəyirsə, o halda, müqavilə müddətinin davamı üçün nəzərdə tutulmuş fazilər müştəriyə verilməyəcək, əvvəlki aylarda müştərinin aldığı faizlər əmanət hesabındakı vəsaitdən silinəcək. Əmanət hesabınızdakı vəsaiti əmanət müqaviləsi bitdikdən sonra götürsəniz o halda həmin məbləğdən heç bir komissiya haqqı tutulmur.
Əmanətçilərini 80% həcmində cərimələyən “Dəmirbank”da əmanət qəbulu dayandırılıb
“Dəmirbank”da isə reklam çarxlarındakı təbirlə desək faizlər də “özəl”dir. Bankda suallarımızı cavablandıran şəxs ilk olaraq ded ki, hesabın dollar və ya manatla, hesab sahibinin isə fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq cari hesabdakı vəsait nağdlaşdırılarkən hər bir halda 0,5% komissiya haqqı tutulur. Daha sonra qeyd etdi ki, bu şərtlər cari hesabakı vəsaitin başqa hesabdan və ya hesab sahibi tərəfindən mədaxil olmasına, eyni zamanda, həmin cari hesabın dollar və ya manatla olmasına görə fərqlənir. Belə ki, dollarla olan cari hesabdakı vəsait başqa hesab tərəfindən mədaxil edilibsə nağdlaşdırma zamanı 1%, hesab manatladırsa 0,8% komissiya haqqı tutulur. Manat və ya dollarla olmasından asılı olmayaraq cari hesabdakı vəsait hesab sahibi tərəfindən mədaxil edilibsə həmin vəsait nağdlaşdırılarkən 0,2% komissiya haqqı tutulur.
Bu bankın əmanətə yanaşma şərtləri də fərqlidir. Belə ki, “göy” və “qırmızı” olaraq adlandırılan əmanət növlərində müqavilə əmanət sahibi tərəfindən pozularsa, cərimələr tətbiq olunur. Əmanət qoyulduğu gündən 180 gün ərzində əmanət müqaviləsi əmanət sahibi tərəfindən pozularsa əmanət faizinin 80%, müqavilə imzalandıqdan 180 gün sonra pozularsa əmanət fazilərinin 50% cərimələnərək tutulur.
Onu da bildirdilər ki, “Dəmirbank”da əmanət qəbulu dayandırılıb.
Komissiya haqqı 1%-dir – “Expressbank”
“Expressbank”dan bildirdilər ki, cari hesabdakı vəsaitin nağdlaşdırılması zamanı tətbiq olunan komissiya, hesab sahinin fiziki və ya hüquqi şəxs olmasından asılı olaraq dəyişir. Belə ki, sahibi fiziki şəxs olan cari hesabdakı vəsait hesab sahibi tərəfindən mədaxil edilibsə nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur, əgər bu vəsait başqa hesabdan köçürmə yolu ilə gəlibsə tutulan komissiya haqqı 1%-dir.
Hüquqi şəxsin cari hesabındakı vəsait hesab sahibi tərəfindən mədaxil edilibsə nağdlaşdırma zamanı yenə heç bir komissiya haqqı tutulmur, əgər bu vəsait başqa hesabdan köçürmə yolu ilə gəlibsə, bu zaman 0,65% komissiya haqqı tutulur
Bu bankda əmanət hesablarında olan vəsaitlər yalnız müqavilə müddəti bitdikdən sonra götürülə bilər. Əgər müştəri əmanət hesabındakı vəsaiti, müqavilə şərtlərini pozaraq, həmin müddətdən tez götürmək istəyirsə, o halda, müqavilə müddətinin davamı üçün nəzərdə tutulmuş fazilər müştəriyə verilməyəcək, əvvəlki aylarda müştərinin aldığı faizlər əmanət hesabındakı vəsaitdən silinəcək. Əmanət hesabınızdakı vəsaiti əmanət müqaviləsi bitdikdən sonra götürsəniz o halda həmin məbləğdən heç bir komissiya haqqı tutulmur.
Banklar pul nağdlaşdırmasından neçə faiz komissiya haqqı tutur – TOP 5
12:19
1 Dek 2017