Sirr deyil ki, hazırda bankların toksik aktivləri yüksəkdir və Maliyyə Bazarlarına Nəzarət Palatası, eləcə də digər qurumlar bu sahədə sağlamlaşdırma tədbirləri aparırlar. Bank böhranından əvvəl bankların qürurla açıqladığı rəqəmlər böhran dövründə faş oldu və aktivlərin dayanıqlı olmadığı, real bazar dəyərindən uzaq rəqəmlər sərgiləndiyi ortaya çıxdı. FED.az iqtisadçı-ekspert Rövşən Ağayevin bununla bağlı hazırladığı reytinqi təqdim edir.
Beləliklə, aktivlərin gəlirliliyi bankların əldə etdiyi xalis mənfəətin aktivlərin ümumi həcminə nisbəti kimi hesablanır. Sadə dillə desək, banklar öz pullarından nə qədər pul qazana bilirlər...
2017-ci ilin 9 ayınının nəticələrinə əsasən mənfəətlə işləyən 17 bankın aktivlərinin mənfəətlilik əmsalına görə reytinqi belədir:
Bank Avrasiya - 7.2%
Azərbaycan Beynəlxalq Bankı 6.6%
Naxçıvanbank 2.6%
Kapital Bank 1.9%
Ziraat Bank Azərbaycan 1.9%
Silk Vey Bank 1.6%
Yapı Kredi Bank Azərbaycan 1.5%
NBCBank 1.4%
Günay Bank 1.2%
PAŞA Bank 0.8%
Xalq Bank 0.7%
Bank VTB (Azərbaycan) 0.6%
Azərbaycan Sənaye Bankı 0.5%
AtaBank 0.3%
Expressbank 0.3%
Rabitəbank 0.1%
Bank BTB 0.1%
Aktivlərin gəlirliyinin bir bankda çox aşağı, digərində daha olması bir sıra səbəblərlə bağlıdır. Şübhəsiz ki, burada həlledici amil mənfəətin həcmidir. Bankların cəlb etdiyi resurslar və təqdim etdiyi resurslar arasında spred, bankarın qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən nə qədər yüksək olarsa, mənfəətin həcmi də artacaq. Amma indiki reallıqda başqa səbəblər də var: banklar öz resurslarının hansı hissəsini borc vəsaitinə çevirə bilirlər? Reallıq odur ki, son 2 ildə əksər bankar öz resurs bazasının ən yaxşı halda 50%-ni kreditləşməyə yönəldə bilirlər. Yerdə qalan vəsaitlər ya likvid vəsaitlər kimi kasslarda və cari hesablarda saxlanır, ya kreditlərlə müqayisədə daha aşağı faizli (xüsusən qeyri-rezident banklarda) depozitlərdə, ya da qiymətli kağızlarda saxlanır. Başqa bir mühüm səbəb də odur ki, bankların problemi aktivlərinin real həcmi bəyan ediləndən daha böyük olur və aydındır ki, problemli borclar artan zaman əsas borcun özü kimi ona hesablanmış faizləri də almaq problemə çevrilir.
Nəhayət vacib səbəblərdən biri - bu xüsusilə iri banklarla bağlıdır. Onlar böyük bizneslə işlyir və iri kreditlər üçün daha aşağı faizli kreditlər ayırırlar...