ROA (Return on assets) əmsalı bir müəssisənin ümumi aktivlərindən istifadə edərək nə qədər mənfəətli olduğunu göstərən göstəricidir. Bu göstərici hər bir şəxsə, şirkət menecmentinin mənfəət əldə etmək üçün aktivlərindən nə qədər effektiv istifadə etdiyi haqqında məlumat verir.
Belə ki, ROA əmsalı şirkətin xalis mənfəətinin onun ümumi aktivlərinə faiz nisbətidir.
Bu əmsalın önəmini daha qısa belə izah edək. Məsələn, A şirkətinin aktivləri 50 mln. manat, xalis mənfəəti isə 20 mln. manatdır. B şirkətinin aktivləri isə daha az, 30 mln. manat, xalis mənfəəti isə 15 mln. manatdır. Hansı şirkətin daha effektiv çalışdığını öyrənmək üçün ROA əmsalını müəyyən edək. Bu zaman, A şirkətinin ROA əmsalı 40%, B şirkətinin isə 50% olur. Bu isə onu göstərir ki, A şirkətinin aktivləri və xalis mənfəəti B şirkətindən çox olsa da, B şirkəti mənfəət əldə etmək üçün daha az aktivdən daha səmərəli istifadə edir.
ROA əmsalı hər bir manat (istənilən valyuta) aktivə nə qədər xalis mənfəət düşdüyünü göstərir.
Gəlin banklar üzrə ROA əmsalını hesablayaq və banklarımızın aktivlərindən nə qədər səməmərəli istifadə etdiyini, hər bir manat aktivin yaratdığı xalis mənfəəti müəyyən edək.
2017-ci ilin yekun göstəriciləri əsasında banklarımızın ROA əmsalı üzrə REYTİNQİ:
Banklar |
ROA (%) |
Beynəlxalq Bank |
9,27 |
Bank Avrasiya |
4,20 |
Kapital Bank |
2,98 |
Yapı Kredi Bank |
2,37 |
Ziraat Bank |
2,18 |
Günay Bank |
2,13 |
Paşa Bank |
1,66 |
NBC Bank |
1,43 |
Bank VTB |
1,20 |
Xalq Bank |
0,97 |
Unibank |
0,67 |
Express Bank |
0,64 |
ASB Bank |
0,46 |
AzərTürkBank |
0,34 |
Bank Silkway |
0,33 |
Bank BTB |
0,26 |
AtaBank |
0,06 |
TuranBank |
-0,15 |
Nikoil Bank |
-0,62 |
Muğan Bank |
-1,32 |
AG Bank |
-1,37 |
Bank Respublika |
-1,50 |
Rabitəbank |
-2,26 |
AFB Bank |
-2,46 |
AmrahBank |
-4,20 |
AccessBank |
-6,67 |
Bank of Baku |
-8,86 |
Cədvəldən də göründüyü kimi aktivlərinin həcminə görə ilk beşlikdə olan Beynəlxalq Bank, Kapital Bank, Paşa Bank, Xalq Bank və ASB Bank cədvəldə müxtəlif pillələrdə qərarlaşıb. Ən çox aktivlərə malik olan Beynəlxalq Bank nəhayət ki, aktivlərindən daha səmərəli istifadə etməklə daha çox mənfəət əldə etməyə başlayıb və aktivlərinin gəlirliyinə görə 1-ci yerdə qərarlaşıb.
Maraqlısı budur ki, aktivlərinin həcmi ən az olan Bank Avrasiya siyahıda 2-ci yerdə qərarlaşıb və az aktivlə daha çox mənfəət əldə etməyi bacarıb. Gözlənildiyi kimi Kaital Bank 3-cü olub. Bir digər kiçik bank olan Ziraat Bank isə 5-ci yerdə qərarlaşıb.
Bu əmsal ilə bankın hər 1 manat aktivinə düşən xalis mənfəəti müəyyən etdik, yəni 1 manat aktivin neçə faizi mənfəətə çevrilib aydın oldu.
Təəsüf ki, bir sıra banklar zərərdə olduğundan onların hər 1 manat aktivinə düşən mənfəət deyil, itki həcmi göstərilir.