Xəbər verildiyi kimi, Azərbaycanda bank girovlarının kredit qaytarılmadığı təqdirdə bankların sərəncamına məhkəməsiz, notariatın icra qeydi vasitəsilə keçməsi gözlənilir.
FED.az xəbər verir ki, əslində hüquqi prosedurların sürətlənməsini və lüzumsuz maneələrin aradan qaldırılmasını nəzərdə tutan bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, prosesin bu qədər sadələşməsi banklar tərəfindən sui-istifadə hallarına, yəni əmlakın mənimsənilməsinə səbəb ola bilər.
Eləcə də bax: «Banklar girov əmlakı satanda - 10 MƏRHƏLƏDƏN KEÇMƏLİ OLURLAR» - SİYAHI
Azərbaycan Banklar Assosiasiyasının hüquq məsələləri üzrə işçi rəhbəri Qorxmaz Ağayev isə bildirib ki, belə bir risk yoxdur, əksinə banklar girov əmlakdansa, real pullarının qaytıralmasını istəyirlər.
«Bizim qanunvericiliyə görə, əmlakı birbaşa ipoetka saxlayanın yəni bankın adına keçməsi qadağandır. Bu məsələdə iki prosedur var. Notariusun icra qeydi olanda , notariusa müraciət edirik və bizə bir satış hüquqi verilir. Yəni tərəflərin razılığı ilə ikisindən biri əmlakı satır və ya satışı 3-cü bir tərəfə vermək olar. İkinci variantda isə notarius icra qeydi verir. Həmin icra qeydi ilə iş icraya yönəldilir. Burada əmlak hərracda satılır. Yəni hər iki variantda imkanlar var ki, evin sahibinin hüquqi pozulmasın».
Eləcə də bax: Azərbaycanda girov əmlak məhkəməsiz - BANKIN SƏRƏNCAMINA KEÇƏCƏK – YENİLİK
Ekspertin sözlərinə görə banka girov qoyması nəticəsində evi itirə biləcəyi təhlükəsi bütün müştəriləri narahat edir. Amma krediti götürməyə özü mürait edir və bütün prosesi könüllü həyata keçirir: «İstənilən halda bu prosedur obyekt və ya ev sahibi üçün əmlakı girova qoyarkən ən ağır tərəfi odur ki, sabah borcu ödyə bilmərəm evi satışa çıxararlar fikridir. Bu adamın könüllü şəkildə müqavilə azadlığının notarial qaydada ifadə edir. Biz onu sonradan deyirik ki, o sui istifadə halına səbəb ola bilər”-deyə o bildirib.
«Heç bir bank iqtisadi olaraq maraqlı deyil ki, girov əmlakı öz mülkiyyətinə götürsün. Çünki banka pul lazımdır, yəni bank puldan qazanır. Həmin əmlak onun mülkiyyətinə keçəndən sonradan onu satanda əmlakın vergi öhdəlikləri yaranır. Bundan başqa bank həmin əmlakı idarə etmək üçün gərək əlavə işçi götürsün, idarə etməyə adam ayırsın. Yəni banklar üçün maraqlı deyil əmlakı öz adına keçirmək. Bankın marağında olan odur ki, əmlak mülkiyyətə keçənə qədər onu pula çevirsin və pulunu geri alsın. Buna görə də bank mülkiyyətçini özü dəvət edir ki, gəl gedək əmlakı sataq və ya adam tap özün sat. Bank özü razılıq verir ki, əmlak sahibi tez bir zamanda əmlak satılsın».