«Dəmirbank»ın lisenziyasının dayandırılması və bankın ləğv edilməsi prosesinin başlanması təkcə burada vəsaiti olan əmanətçiləri deyil, bankla əməkdaşlıq edən şirkətlərə də problem yaradacaq. Daha dəqiqi ən byöük prloblem məhz şirkətlər üçün yaranır.
Belə ki, FED.az-ın məlumatına görə, banklarda fiziki şəxslərə məxsus əmanətlərin qorunmasmı üçün mexanizm nəzərdə tutulduğu halda hüquqi şəxslər – şirkətlər üçün belə mexanizm yoxdur.
Banklar bağlandığı zaman banka əmanət edilmiş vəsaitin (manatla 15%, dollarla 3%-ə) qədər illik faizlə qəbul olunmuş əmanətlər, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən qaytarılır. Bundan yuxarı faizlərlə qəbul edilən əmanətlərin qaytarılması və bankın digər öhdəliklərinin icra edilməsi isə növbəlilik prinsipi ilə qaytarılır.
«Banklar haqqında» qanunda göstərilmiş növbəlilik prinsipində hüquqi şəxslərin vəsaitləri təmin edilməmiş kateqoriyasındadır və əmanətlərinin qaytarılması üzrə siyahıda axırıncı yerdədir.
Bəs hüquqi şəxslər pullarının bankda batmaması üçün nə etməli, hansı ehtiyat tədbirləri görməlidirlər? FED.az iqtisadçı ekspert Əkrəm Həsənovun hüquqi şəxslər üçün məsləhətlərini təqdim edir.
Bu günə qədər bağlanan heç bir bankın buna pulu çatmayıb
Sahibkarların və hüquqi şəxslərin bankda olan vəsaitinin sığortası yoxdur. Onlar risk altındadırlar. Buna misal olaraq son günlərdə bağlanan «DəmirBank»dakı növbəlilik prinsipini göstərmək olar. Yəni, bankın əmlakı və vəsaitləri kreditorlar arasında necə bölüşdürülməlidir.
Bankın ləğvi üçün təyin edilmiş ləğvedici bankın daşınar və daşınmaz əmlakını satmalıdır. Bütün əmlak satılandan sonra (əmlak pula çeviriləndən sonra) əldə edilən vəsaitlərdən:
Birinci növbədə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin kompensasiyası üçün əhaliyə ödədiyi pulu götürəcək.
Bundan sonra ləğv prosesi illərlə vaxt apardığı üçün Fondun burda xərcləri də olacaq ki (bir ildə bir neçə milyon), fond o pulu da götürəcək.
Sonrakı mərhələdə bankda olan işçilərin maaşları (məzuniyyət haqqı), dövlətə vergisi qalıbsa o veriləcək.
Nəhayət, ən axrıncı növbədə isə (əgər bütün pullar ödənildikdən sonra vəsait qalarsa) şirkətlərin və ola bilər ki, vətəndaşların sığortalanmayan pulları veriləcək.
Əkrəm Həsənov bildirir ki, bu günə kimi Azərbaycanda bağlanan banklar arasında heç birində sonuncu növbəyə vəsait qalmıyıb.
Bu baxımdan banklarıın müflisləşməsi vətəndaşlardan çox şirkətlərə problem yaradır.
Sahibkarlar pullarını bankda saxlamağa çəkinirlər
Əkrəm Həsənov bildirir ki, sahibkarların bankdakı vəsaitlərinə münasibət ölkədə sahibkarlığın inkişafı ilə bağlı dövlətin yeritdiyi siyasətə uyğun gəlmir: «Bir tərəfdən deyilir ki, qeyri-neft sektorunu inkişaf etdirəcik, sahibkarlığa şərait yaradacıq. Digər tərəfdən sahibkar bankda pul saxlamağa qorxur ki, sabah bank bağlansa pulum batacaq».
Onun sözlərinə görə, hazırda qanunvericilik sahibkarı və şirkətləri məcbur edir ki, pulunuzu banklarda saxlamalısız: «Sabah bank bağlandıqda isə şirkətin (sahibkarın) pulunu qaytarılma mexanizmi yoxdur. Bu gün Azərbaycanda əcayib əmanətlərin sığortalanma sistemi var. Yəni, faktiki bu gün vətəndaşların əmanətləri şirkətlərin pulunun hesabına sığortalanıb».
Ekspert bildirir ki, bu vəziyyəti dəyişmək üçün ilk növbədə qanunvericilikdə dəyişiklik olunmalıdır. ADİF-nun öz pulunu götürməsi qaydası aradan qalxmalıdır. Bağlanan banklarda pulu olan şirkətlər (misal: DəmirBank) bankın kreditorlarının ümumi yığıncağının ən pis halda kreditorlar komitəsinin yaradılmasını tələb etməlidirlər. Kreditorlar komitəsi nəzarət etməlidir ki, fond əmlakı necə və hansı qiymətə satır. Son bankın verdiyi kreditləri necə qaytarır və s. Bu prossesə hazırda nəzarət etməlidirlər.
Bankın bağlanmasından ən çox bu şəxslər zərər görəcək
09:29
27 Dek 2017