Bank sektoru üzrə statistik məlumatların təhlili göstərir ki, əvvəlki dövrlə müqayisədə 2017-ci ildə sektorda təmərküzləşmə səviyyəsi aşağı düşüb. FED.az xəbər verir ki, təmərküzləşməni ölçmək üçün dünya ölkələrinin mərkəzi bankları tərəfindən istifadə edilən Herfindahl-Hirşman indeksi əsasında Təhlil Qrupumuzun qiymətləndirməsinin nəticələri göstərir ki, ötən il aktivlərdə ən yüksək paya malik 5 bankın timsalında aktivlərin “konsentrasiya əmsalı” 1327.5-ə bərabər olub. Məlumat üçün qeyd edək ki, Herfindahl-Hirşman indeksinin 100-dək qiymat alması bank sektorunda yüksək rəqabətin olduğunu, 1000-dək qiymət rəqabətin mövcudluğunu, lakin çox aşağı səviyyədə də olsa konsentrasiyanın olmasını, 1000-1800 intervalında qiymət orta səviyyədə təmərküzləşmənin mövcudluğunu, 1800-dən yuxarı olduqda isə yüksək təmərküzləşmənin mövcudluğunun göstərir.
2016-cı ildə isə Azərbaycanın bank sektoru üzrə aktivlərin konsentrasiyasını əks etdirən Herfindahl indeksi 1748.8-ə bərabər olmuşdu və bu yüksək konsentrasiyaya yaxın səviyyədir.
Statistik məlumatların analizi göstərir ki, ötən il ilk 5-likdə olan bankın aktivlərdə xüsusi çəkisi 65.4% olub, halbuki 2016-cı ildə anoloji göstərici 67.5% təşkil etmişdi. Eyni zamanda, aktivlərin həcminə görə ilk yerdə olan bankla (Beynəlxalq Bank) 2-ci yerdə olan bankın (Paşa Bank) aktivləri arasında fərq 2016-cı ildə təxminən 4 dəfə təşkil etdiyi halda, 2017-cı ildə bu fərq 2.4 dəfəyə enib. Fərqin azalması həm proqblemli aktivlərin sağlamlaşdırılması proqramı çərçivəsində Beynəlxalq Bankın aktivlərinin 50%-dək azalması, həm də Paşa Bankın aktivlərinin il ərzində12%-dək artması ilə bağlı olub.
Aktivlərin həcminən görə ilk 10-luqda olan bankların bazar payında da kiçim də olsa azalma baş verib: əgər 2016-cı ildə həmin göstərici 78.6% olmuşdusa, 2017-ci ildə 77.9%-ə enib.
Bazar payı ilə yanaşı ilk 5-likdə və 10-luqda olan bankların tərkibində də baş verib.
Aktivlərin həcminə görə ilk onluqda olan bankların bazar payı
Banklar | 2016 | Banklar | 2017 | |||
Aktivlərin həcmi, mln. manat | Aktivlərdə payı, % |
Aktivlərin həcmi, mln. Manat | Aktivlərdə payı, % | |||
|
Beynəlxalq Bank | 12223.7 | 38.9 | Beynəlxalq Bank | 8695.1 | 31.8 |
|
Paşa Bank | 3138.8 | 10.0 | Paşa Bank | 3551.8 | 12.8 |
|
Kapital Bank | 3096.7 | 9.8 | Kapital Bank | 3184.5 | 11.4 |
|
Xalq Bank | 1668.6 | 5.3 | Xalq Bank | 1813.6 | 6.5 |
|
AccessBank | 1058.9 | 3.4 | Sənaye Bankı | 945.2 | 3.4 |
|
Bank Respublika | 912.1 | 2.9 | AccessBank | 844.8 | 3.0 |
|
Sənaye Bankı | 787.2 | 2.5 | RabitəBank | 727.2 | 2.6 |
|
Unibank | 716.6 | 2.3 | Bank Respublika | 702.1 | 2.5 |
|
RabitəBank | 552.3 | 1.8 | Atabank | 625.9 | 2.2 |
|
Bank of Baku | 549.6 | 1.7 | Unibank | 601.8 | 2.2 |
İlk 4 bank - Beynlxalq Bank, Paşa Bank, Kapital bank və Xalq Bank öz yerlərində qalsalar da, sonrakı mövqelərdə yerdəyişmələr baş verib. Məsələn, Sənaye Bankı 7-ci yerdən 5-ci yerə, Rabitə Bank 9-cu yerdən 7-ci yerə yüksəlib, AccessBank 5-ci yerdən 6-cı yerə, Bank Respublika 6-cı yerdən 8-ci yerə, Unibank isə 8-ci yerdən 10-cu yerə enib. Bank of Baku top 10-luğu tərk edib və mövqedə onu AtaBank əvəzləyib. Ötən dövrdə AtaBank öz aktivlərini təxminən 154 mln. manat (30%-dən çox) artırmağa nail olsa da, Bank of Bakunun aktivləri 150 mln. manata yaxın (27%) azalmışdır.
Aktivlərdən fərqli olara kreditləşmədə konsentrasiya bir qədər aşağıdır. Belə ki, 2017-c ildə ilk 5 bankın kreditləçmədə payı 53.7% olub, halbuki 2016-cı ildə bu göstərici 62% təşkil etmişdi. Eyni zamanda, 2017-ci ildə ilk 10 bankın kreditləşmədə payı 70.5% təşkil edib – 2016-cı ildə isə anoloi göstərici 73.4% olmuşdu.
Kreditlərin həcminə görə ilk onluqda olan bankların bazar payı
Banklar | 2016 | Banklar | 2017 | |||
Kreditlərin həcmi, mln. manat | Kreditlərdə payı, % |
Kreditlərin həcmi, mln. manat | Kreditlərdə payı, % |
|||
1. | Beynəlxalq Bank | 5503.9 | 35.8 | Beynəlxalq Bank | 1784.3 | 16.5 |
2. | Xalq Bank | 1274.5 | 8.3 | Xalq Bank | 1327.2 | 12.2 |
3. | Kapital Bank | 1267.0 | 8.2 | Kapital Bank | 1273.5 | 11.7 |
4. | PAŞA Bank | 870.2 | 5.7 | Paşa Bank | 943.1 | 8.7 |
5. | AccessBank | 598.8 | 3.9 | AksessBank | 503.5 | 4.6 |
6. | AtaBank | 406.5 | 2.6 | Atabank | 473.8 | 4.4 |
7. | Silkwey Bank | 388.3 | 2.5 | Bank Silkway | 375.6 | 3.5 |
8. | Muğanbank | 346.0 | 2.2 | Muğan Bank | 349.1 | 3.2 |
9. | Sənaye Bankı | 297.4 | 1.9 | NikoylBank | 311.5 | 2.9 |
10. | Nikoil Bank | 340.3 | 2.2 | Sənaye Bankı | 298.8 | 2.2 |
Bu statistikada diqqəti çəkən əsas məqamlardan biri budur ki, həm 2016-cı ildə, həm də 2017-ci ildə aktivlərin həcminə görə ilk onluğa düşməyən 3 bank – MuğanBank, Bank Silkway və NikoylBank kreditləşmədə yüksək paya malik olan 10 bankın sırasına daxil olublar.
Aktivlərin və kreditlərin konsentrasiyası məntiqi olaraq bank sektorunun gəlirlərində də təmərküzləşməyə səbəb olur. 2017-c ildə təxminən 1.7 mlrd. manat faiz gəlirlərinin 1.1 mlrd. manatı və ya 65%-i 5 banka (Beynəlxalq Bank, Xalq Bank, Paşa Bank, Kapital Bank və Nikoyl Bank) məxsus olmuşdur. Eyni zamanda, bank sektoru üzrə 1.1 mlrd. manata yaxın əməliyyat mənfəətinin 82%-i və ya 870 mln. manatı ilk 5-likdə bankın (Beynəlxalq Bank, Xalq Bank, Paşa Bank, Kapital Bank və Muğan Bank) fəaliyyəti nəticəsində formalaşmışdır.
FED.az Təhlil Qrupu