Bank Respublika 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün xüsusi endirim elan edib
Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün “34 GÜN - 34% ENDİRİM” adlı mikro kredit kampaniyasına start verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kampaniya çərçivəsində Bankdan mikro və aqro kredit götürən müştərilər 34 gün ərzində faiz dərəcəsində 34%-dək ENDİRİM əldə edə biləcəklər.
Kampaniyanın digər özəllikləri:
- Məbləğ: 100 000 AZN-dək;
- Müddət: 48 ayadək;
- İllik faiz dərəcəsi - min. 10%
- Güzəşt müddəti: 12 ayadək;
- Zaminsiz və tranşla kredit imkanı;
- Təminatdan asılı olaraq komissiyasız kredit;
- Kredit xətti açılması imkanı;
- Sərbəst ödəniş qrafiki
Kampaniya 06 iyun 2026-cı il tarixinədək davam edəcək.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144














