Xəbər verildiyi kimi, hazırda dünya bazarında neftin qiyməti 27-28 dollar arasında dəyişir.
Bu - Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan həddən (55 dollar) təqribən 2 dəfə aşaıdır. Xatırladaq ki, 2015-ci ildə buna oxşar vəziyyət ölkə iqtisadiyyatında ciddi problemlər yaratmış və ölkədə devalvasiya olmuşdu.
Amma indi Azərbaycan iqtisadiyyatı - neftin aşağı qiymətlərinə 2015-ci ildəkindən daha yaxşı hazırdır.
FED.az xəbər verir ki, bunu ölkənin aparıcı banklarından olan «Bank Respublika»nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.
Bank rəhbəri bildirib ki, hazırda Azərbaycana neft ixracçısı olaraq eyni vaxtda iki amil mənfi təsir edir: dünyadakı iqtisadi vəziyyət və neftin qiyətinin aşağı olması. Bu ölkə üçün ciddi çağırışdır.
Ş.Rəhimov bildirib ki, yuxarıda göstərilən xarici şoklara ölkə daxilindəki özünü izolyasiya tədbirlərini də əlavə etmək lazımdır: insanlar malları az alır və xidmətlərdən az istifadə edirlər:
«Amma mən əminəm ki, biz birlikdə bu çağırışın öhdəsindən gələ biləcəyik. Biz hazırda neftin aşağı qiymətinə məsələn, 2015-ci illə müqayisədə daha yaxşı hazırıq.
Çalışacam ki, mənim fikrimcə, bu vəziyyətə müsbət təsir edən əsas məqamları sadalayım:
1) yəqin ki, ən əsası – ölkə rəhbərliyinin böhran vəziyyətinə reaksiyası və davranışı. Çox sevindiricidir ki, məntiqi qərarlar operativ qəbul edilir, və dərhal da uğurla həyata keçirilir. Dövlət başçısının şəxsi təşəbbüslərini ayrıcı qeyd etmək istəyərdim.
2) Yeni büdcə qaydaları qəbul edilib ki, bu da neftin dünya bazarındakı qiymət dəyişikliklərinin ölkə büdcəsinə mənfi təsirini azaltmağa imkan verir. Bu da dövlətin bütün sosial öhdəliklərini icra etməyə şərait yaradır.
3) 2015-ci ildən indiyədək Azərbaycan qızıl valyuta ehtiyatlarını artırmağı bacarıb. Nəticədə, əgər ehtiyatların ÜDM-ə nisbətinə baxsaq, bu göstərici 2015-ci ildə olduğundan daha yüksəkdir.
4) Xarici borcun ÜDM-ə nisbətinin aşağı olması.
5) Spekulyativ valyuta əməliyyatlarına daha sərt nəzarətin olması.
6) Vergi və gömrük sahəsində aparılan islahatlar, hansı ki, ölkə iqtisadiyyatının «ağarması»na və vergi-gömrük yığımlarının artmasına imkan verib. Özü də qeyd etmək lazımdır ki, vergi sahəsində «ağarma» prosesi daha çox cəzalandırma deyil, motivasiya və həvəsləndirmə tədbirləri hesabına baş verib. İqtisadiyyatın inkişafı üçün biznesin əhəmiyyətini nəzərə alsaq, mən əminəm ki, vergilər və iqtisadiyyat nazirliklərinin birləşdirilməsi bu siyasətin davamına imkan verəcək.
7) Ölkədə yeni nəsil menecerləri ( onların çoxunu tanıyaraq deyə bilərəm ki, onlar yükmək səviyyəli peşəkarlardır) ilə təcrübəli yaşlı nəslin sintezi.