Azərbaycanda şirkətlərin maliyyə vəziyyəti ilə bağlı açıq məlumat bazası yaradılmalıdır. Bu həm banklara öz potensial müştərilərini, həm də digər şirkətlərə öz partnyorlarını qiymətləndirməyə və gələcəkdə yaranan risklərdən qaçmağa imkan verə bilər.
Eləcə də bax: «Bank VTB Azərbaycan» müştərilərinə - QEYRİ-BANK XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK - MÜSAHİBƏ
Bu barədə FED.az-a «Bank VTB Azərbaycan»ın idarə heyətinin sədri Yevgeniy Kirin bildirib.
Azərbaycanda aparılar vergi islahatlarının, xüsusilə də nağd dövriyyəyə qoyulan məhdudiyyətlərin şəffaflığa səbəb olduğunu bildirən bankir qeyd edib ki, bu hal banklar üçün geniş imkanlar yaradıb: «Banklarda nağd ödənişlərin məhdudlaşması ilə bağlı qaydalar qeyri-nağd ödənişlərin artımına səbəb olub. Biz görürük ki, qeyri-nağd dövriyyə artır. Bu təkcə baklar üçün deyil ümumilikdə iqtisadiyyat üsün yaxşıdır. Yəni vergi bazasını artırır və əməliyyatların şəffaflığını yüksəldir».
Eləcə də bax: İri dövlət şirkətlərinin məlumat bazası ilə bağlı - TƏLİM KEÇİRİLİB
Bankir bildirib ki, xüsusilə vergi islahatları, o cümlədən fiziki şəxslərin gəlir vergisinə qoyulan moratorium maaşların «ağarmasına» imkan verir: «Bunlar banka da təsir edir. Çünki müştərinin ödəniş qabiliyyətini qiymətləndirəndə onun rəsmi təsdiqlənmiş gəlirləri nəzərə alınır. Yəni vergi islahatları bankların işinə də təsirini göstərir».
Y.Kirinin sözlərinə görə, bank təkcə fiziki şəxslərin deyil, şirkətlərin də dövriyyəsinin və real vəziyyətinin şəffaf olmasını, açıqlanmasını istəyir: «Çünki şirkətlərə kredit ayıranda, layihələri araşdıranda onun iqtisadi və maliyyə vəziyyətini diqqətlə araşdırırıq. Şirkətin vəziyyəti nə qədər şəffaf və hesabatları nə qədər açıq olarsa, o qədər sərfəli şərtlər təklif edirik. Bu, sadəcə söz xatirinə deyilmir, işimizdə istifadə olunan modeldir».
Bank sədri bildirib ki, hazırda şirkətlərin açıqladığı hesabatlar bəzən onların real vəziyyətini əks etdirmir.
«Biz şirkətlərin stress-testlərini aparıb onun risk dərəcəsini müəyyən edirik. İşimizə çətinliyi yaradan o dur ki, şirkətlərin əksəriyyətində idarəçinin hesabatlarını görürük. Bunun əvəzində rəsmi hesabatların artması imkan verəcək ki, şirkətlərin vəziyyətini daha düzgün qiymətləndirək və daha sadə/sərfəli şərtlər təklif edək».
«Bank VTB Azərbaycan»ın rəhbəri təklif edir ki, Azərbaycandakı şirkətlərin vergi hesabatlarına əsaslanan açıq məlumat bazası yaradılsın. Belə məlumat bazaları bütün dünyada, o cümlədən Rusiyada var. Həmin məlumatların olması banklara imkan verəcək ki, şirkətin vəziyyətini təkcə şireətin özünün hazırlayıb təqdim etdiyi hesabatla deyil, verginin açıqladığı məlumata əsasən müəyfən etsin: «Hazırda bizim cəhdlərimiz ona yönəlib ki, şirkətlərin hesabatlılığı və maliyyə nəticələri şəffalaşsın. Belə bir məlumat bazası yaradılmalıdır».
«Bank VTB Azərbaycan»ın rəhbəri bildirir ki, belə praktika dünyada və Rusiyada da mövcuddur: «Vergi hesabatları və bəyannamələri əsasında hamıya açıq olan məlumat bazası yaradılır. Ondan istifadə kommersiya əsasında mümkün olur və burada hər hansı şirkəin bütün balans məlumatlarını görmək mümkün olur. Balans məlumatları və satış məlumatları, yəni gəlir və xərcləri, mənfəət-zərəri barədə».
Bankirin sözlərinə görə, bu məlumat bazasından istifadə rullu olmalıdır: «Biz bu bazanı pulla alırıq və görürük ki, hansı şirkət necə işləyir. Və belə şirkətlərlə əməkdaşlıq edirik. Yəni əməkdaşlıq artıq kontaktsız yaranır. Bu yanaşma iri şirətlərdən tutmuş fiziki şəxslərədək hər yerdə tətbiq oluna bilər və bütün dünya buna gedir».
Bankirin sözlərinə görə, bir qədər də irəli gedib onlayn kassaların məlumatlarını da banklar üçün açıq etmək olar. Belə halda şirkətlərin vəziyyəti daha dəqiq bilinər: «Kassaların məlumatlarını əldə etmək mümkün olsa, onları analiz edib şirkətlərə təkliflər verə bilərik. Çünki hesabatlara baxanda bilirik ki, bunlar 3 ay əvvəl olan məsələlərdir. Yəni bir qədər köhnəlib. Onlayn kassanın gös əriciləri isə artıq tamamilə yenidir və indi nə baş verdiyini göstərir».
«Bank VTB Azərbaycan»ın rəhbəri bildirir ki, açıq məlumat bazalarının yaradılması və istifadəyə verilməsi ölkədə aparıdan islahatların şəffaflığa gətirdiyi daha bir müsbət təsiri ola bilər. Onun sözlərinə görə, söhbət təkcə banklardan getmir, adi şirkətlər də bu baza vasitəsilə öz gələcək partnyorlarını daha yaxşı tanıya bilərlər ki, bu da gələcəkdə riskləri azaldar: «Yəni belə bir bazanın yaradılması şirkətərə dəfaydalı olardı, onlar da öz partnyorlarını tanıya bilərdilər. Çünki bəzən şirkətlər yeni müqavilə bağladıqları tərəfdaşların yalnız vizit kartlarını ya da saytlarındakı məlumatlarını görürlər».
Yeni məlumat bazası və vergi xidmətinin saytı vasitəsilə isə bu şirkətin hesabatlarına baxıb vəziyyəti haqda məlumat almaq olar: «Görə bilərsiniz ki, bu şirkət doğrudan da sabit şirkətdir, yoxsa birgünlük firmadır. Rusiyada bir neçə belə məlumat bazası var. Yəni islahatlar - vergiyə cəlb olunma, şəffalıq və digər məsələlərlə yanaşı, belə nəticələrə də imkan yarada bilər».