“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun bütövlükdə ödəniş xidmətlərinə çıxış imkanlarını genişləndirəcək. Xüsusən nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar, eləcə də, rəqəmsal ödəniş alətləri əsasında daha da genişləndirilməsinə imkan verəcək.
Azərbaycanın bank sektorunun son maliyyə vəziyyəti - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bu, əslində, bir sıra yeniliklərin həm Azərbaycanda tətbiq edilməsi, həm də qanunvericiliyə daxil edilməsi anlamına gəlir.
“Qanunda çox vacib məqamlardan biri elektron pul və elektron pul kisələri ilə bağlıdır. Uzun müddətdir ki, elektron pul və elektron pul kisələri beynəlxalq praktikada istifadə edilir. Virtual pulların istifadə dairəsi genişləndikdən sonra elektron pul kisələrinə tələbat artır. Bu baxımdan, elektron pul kisələrinin qanunvericiliklə tənzimlənməsi və xüsusilə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə ehtiyac var idi.
Bu baxımdan, qanun imkan verəcək ki, Azərbaycan vətəndaşların elektron pul kisəsinə və ya elektron pullara sahib olması qanunvericiliklə qorunsun. Praktik olaraq vətəndaş elektron pul kisəsində olan vəsaitindən bank hesabı açmadan istifadə etmək imkanı qazanacaq. Bu baxımdan, qanunun qəbul edilməsi imkan verəcək ki, elektron pul sistemindən Azərbaycanda da istifadə olunsun”, - V.Bayramov əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu 9 avqust 2023-cü il tarixdə təsdiqləyib. (Trend)