Ötən il “Bank Avrasiya”nın faiz gəlirləri 10 milyon 957 min manat (1,1% azalma), faiz xərcləri 1 milyon 946 min manat (19% azalma) təşkil edib.
FED.az Bankın hesabatına istinadən xəbər verir ki, bankın kreditlərdən əldə etdiyi faiz gəliri 9 milyon 376 min manat (20,6% artım), qiymətli kağızlardan qazancı isə 992 min manat (2,5 dəfə azalma) təşkil edib.
Ötən il «Bank Avrasiya»nın depozitlər üzrə ödədiyi faizlər 36% azalaraq 662 min manata düşüb.
Nəticədə bankın xalisə faiz gəliri 9 milyon 11 min manat olub (4% artıb).
Bankın qeyri-faiz gəlirləri isə 16,3% azalaraq 1 514 min manata enib. 2020-ci ildə «Bank Avrasiya»da haq və komissiya gəlirləri də 16%-ə yaxın azalaraq 1 milyon 147 min manata enib.
Ötən il bankın qeyri-faiz xərcləri 200 min manat azalaraq 4 milyon 977 min manat enib. Amma bank işçiləri bunu hiss etməyiblər – 2020-ci ildə «Bank Avrasiya»da əmək haqları 100 min manat və ya 5%-dən çox artaraq 2 163 min manata çatıb.
Azalmia digər xərclərin hesabına olub – təqribən 400 min manat.
Nəticədə bank ili 5 milyon 548 min manat əməliyyat mənfəəti ilə tamamlayıb. Ötən il bu göstərici 5,28 milyon manat olmuşdu.
Bank əməliyyyat mənfəətinin 4 milyon manata yaxın hissəsini mümkün zərərlərdən ehtiyatlara ayırıb. Nəticədə vergiyə qədərki mənfəət 1 milyon 555 min manat, 321 min manat vergi ödənişindən sonra isə xalis mənfəət 1 milyon 226 min manat olub.
Bu ötən illə müqayisədə 4 dəfə azdır, hərçənd qeyd etmək lazımdır ki, ötən il belə yüksək mənfəət mümkün zərərlər üzrə ayrılmış ehtiyatların geri çəkilməsi ilə mümkün olmuşdu.
Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 159,704 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3% azdır. Bunun 97,99 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 0,7% böyüyüb. Kredit portfelinin böyüməsi istehlak kreditlərinin iki dəfədən çox artaraq 3,5 milyondan 7,5 milyon manata çatması ilə bağlıdır.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 12,1% azalaraq 88,556 milyon manata, o cümlədən depozit portfeli 18,2% azalaraq 44,028 milyon manata düşüb, balans kapitalı isə 2,1% artaraq 71,148 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PMD Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.
Məfəət və zərər haqqında hesabat |
|||
Hesabatlılıq dövrü: 31.12.2020
Yenilənmə tarixi: 27.01.2021 |
|||
Cari dövr | Keçən ilin müvafiq dövrü | ||
1 | Faiz gəlirləri: | 10957.04 | 11079.63 |
1.1 | Müştərilərə verilmiş kreditlər | 9375.59 | 7773.03 |
1.2 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri | 255.47 | 157.57 |
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri: | 181.59 | 540 |
1.4 | Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri | 991.76 | 2469.15 |
1.5 | Digər faiz gəlirləri | 152.63 | 139.88 |
2 | Faiz xərcləri: | 1945.81 | 2410.55 |
2.1 | Depozitlər üzrə faizlər | 662.45 | 1035.77 |
2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri | 0 | 0 |
2.3 | Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər | 1281.36 | 1339.63 |
2.4 | Pul bazarı alətlərinə ödənilən faizlər | 2 | 35.15 |
2.5 | Qiymətli kağızlar üzrə faizlər | 0 | 0 |
2.6 | Digər faiz xərcləri | 0 | 0 |
3 | Xalis faiz gəliri(zərəri) | 9011.23 | 8669.08 |
4 | Qeyri-faiz gəlirləri: | 1513.86 | 1808.99 |
4.1 | Alınan haqq və kommisiya gəliri | 1147.53 | 1363.54 |
4.2 | Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla | 324.92 | 322.78 |
4.3 | Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər | 0 | 0 |
4.4 | Digər gəlirlər | 41.41 | 122.67 |
5 | Qeyri-faiz xərcləri: | 4977.06 | 5197.28 |
5.1 | Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər | 2163.43 | 2058.63 |
5.2 | Ümumi və inzibati xərclər | 540.26 | 489.55 |
5.3 | Amortizasiya xərcləri | 642.12 | 624.52 |
5.4 | Digər xərclər | 1631.25 | 2024.58 |
6 | (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) | 3992.29 | -1432.38 |
7 | Mənfəət vergisindən əvvəlki mənfəət(zərər) | 1555.74 | 6713.16 |
8 | Mənfəət vergisi | 331.2 | 1356.38 |
9 | Dövr üzrə xalis mənfəət | 1226.08 |
5356.77
|
Maliyyə vəziyyəti haqqında hesabat |
|||
Hesabatlılıq dövrü: 31.12.2020
Yenilənmə tarixi: 27.01.2021 |
|||
Hesabat dövrü | Ötən ilin sonu | ||
1 | Aktivlər: | 159703.73 | 170441.09 |
1.1 | Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait | 31817.61 | 32353.11 |
1.2 | Ticarət və investisiya qiymətli kağızları | 13586.6 | 28617.75 |
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər | 2908.89 | 3275.64 |
1.4 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər | 4558.5 | 984.12 |
1.5 | Müştərilərə verilmiş kreditlər | 112616.33 | 109250.45 |
1.5.1 | a) istehlak kreditləri | 7496.05 | 3470.65 |
1.5.2 | b) biznes kreditləri | 64017.29 | 63130.85 |
1.5.3 | c) daşınmaz əmlak kreditləri | 41102.99 | 42648.94 |
1.5.4 | d) digər kreditlər | 0 | 0 |
1.5.5 | Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat | 14626.81 | 11975.83 |
1.5.6 | Müştərilərə verilmiş kreditlər (xalis) | 97989.52 | 97274.62 |
1.6 | Əmlak və avadanlıqlar | 5661.8 | 5816.96 |
1.7 | Qeyri-maddi aktivlər | 304.6 | 255.95 |
1.8 | Təxirə salınmış vergi aktivləri | 45.09 | 25.51 |
1.9 | Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 148.33 | 34.62 |
1.10 | Digər aktivlər | 2979.44 | 1872.05 |
2 | Öhdəliklər: | 88556.13 | 100724.12 |
2.1 | Depozitlər | 44028.1 | 53821.51 |
2.1.1 | a) fiziki şəxslərin depozitləri | 35575.37 | 38984.45 |
2.1.2 | b) hüquqi şəxslərin depozitləri | 8452.72 | 14837.06 |
2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər | 0 | 0 |
2.3 | Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər | 43567.41 | 45789.36 |
2.4 | Borc qiymətli kağızları | 0 | 0 |
2.5 | Cari vergi öhdəlikləri | 83.43 | 284.99 |
2.6 | Təxirə salınmış vergi öhdəliyi | 0 | 0 |
2.7 | Subordinasiya borc öhdəlikləri | 0 | 0 |
2.8 | Digər öhdəliklər | 877.19 | 828.26 |
3 | Kapital: | 71147.6 | 69716.97 |
3.1 | Səhmdar kapitalı | 50000 | 50000 |
3.2 | Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) | 0 | 0 |
3.3 | Bölüşdürülməmiş mənfəət | 19241.12 | 18015.04 |
3.4 | Ümumi ehtiyatlar: | 1906.48 | 1701.93 |
3.4.1 | a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | 1669.38 | 1416.81 |
3.4.2 | b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar | 0 | 0 |
3.4.3 | c) digər ümumi ehtiyatlar | 237.1 | 285.12 |
4 | Cəmi öhdəliklər və kapital | 159703.73 | 170441.09 |