Ötən il Azərbaycanın ən kiçik banklarından olan “Bank Avrasiya”nın gəlirləri artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın gəlir mənbələrini araşdırıb.
Azərbaycanda sistem əhəmiyyətli banklar açıqlandı – SİYAHI, TƏLƏBLƏR
Belə ki, 2025-ci ildə “Bank Avrasiya” ümumilikdə 17 milyon 721 min manat gəlir əldə edib ki, bu da 2024-cü illə müqayisədə 10,6% çoxdur.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
Kredit faizlərindən əldə edilən gəlirlər ümumi gəlirin 69%-ni təşkil edərək 13 milyon 510 min manat olub. Bir il ərzində bu gəlirlər 6,2% artıb.
Bankın komissiya gəlirləri illik müqayisədə 3,4 dəfə artaraq 2 milyon 679 min manata çatıb. Komissiya gəlirlərinin ümumi gəlirlərdə payı 14% təşkil edib.
Digər ən çox gəlir digər banklardakı depozitlərdən daxil olan gəlirlər olub. Bu sahədən gəlirlər 1 milyon 698 min manat və ya ümumi gəlirlərin 9%-i qədər olub. Bu sahədən gəlirlər 2024-cü ilə nisbətən 28,5% artıb
Bankın qiymətli kağızlara investisiyalardan gəlirləri bir il ərzində 12 dəfə azalaraq 14 min manat təşkil edib və ümumi gəlirlərdə cüzi paya malik olub.
“Bank Avrasiya” digər banklara kreditlərdən 484 min manat qazanmaqla gəlirlərini son bir ildə 8,8% artırıb. Bu sahədən gəlirlər bankın ümumi gəlirlərinin 2%-ini tutub.
Eyni zamanda, bankın valyuta əməliyyatlarından gəlirləri illik müqayisədə 14% azalaraq 387 min manat təşkil edib ki, bu da, bütün gəlirlərin 2%-inə bərabər olub.
Digər faiz və qeyri-faiz gəlirləri bankın gəlirlərinin 830 min manat hissəsini əhatə edib və ümumi gəlirlərdə 4% pay tutub. Digər gəlirlər 76% artıb, digər qeyri-faiz gəlirləri isə 62 dəfə azalıb.
2024-2025-ci illər ərzində “Bank Avrasiya”nın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
12 717 |
72% |
13 510 |
69% |
6,20% |
|
QK-a investisiyadan gəlir |
169 |
1% |
14 |
0% |
12 dəfə azalma |
|
Digər banklara depozitlərdən gəlirlər |
1 321 |
7% |
1 698 |
9% |
28,50% |
|
Digər banklara kreditlərdən gəlirlər |
445 |
2% |
484 |
2% |
8,80% |
|
Komissiya haqları |
786 |
4% |
2 679 |
14% |
3,4 dəfə |
|
Valyuta əməliyyatlarından gəlirlər |
452 |
3% |
387 |
2% |
-14% |
|
Digər faiz gəlirləri |
459 |
3% |
808 |
4% |
76,00% |
|
Digər qeyri-faiz gəlirləri |
1 372 |
8% |
22 |
0% |
62 dəfə |
|
|
|||||
|
Cəmi gəlirlər |
17 721 |
100% |
19 602 |
100% |
10,60% |












