Azərbaycanda bağlanan bankların 10,4 milyon manatlıq əmlakı satışa çıxarılıb.
FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu «Dəmirbank» ASC və “Qafqaz İnkişaf BankI” ASC-nin balansındakı əmlakları satışa çıxaracaq.
Elana əsasən “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı torpaq sahəsi 3 milyon manat ilkin qiymətlə satışa çıxarılacaq.
Sahəsi 81 sot olan torpaq sahəsi Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşir. Qaydalara görə, hərrac zamanı qiymətin artırılması üçün hərrac addımı ilkin satış qiymətinin 3%-i qədər, yəni azı 90 min manat olmalıdır.
Hərrac avqustun 17-də keçiriləcək.
Satış qiymətinin 5%-i həcmində beh hərrac tarixinə ən azı 5 gün qalmış hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67
Sentyabrın 14-də isə “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda ləğv prosesində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlaklar təkrar açıq hərraca çıxarılacaq.
Hərraca bankın Yasamal rayonu Zahid Xəlilov küçəsindəki 4 villası çıxarılacaq. Onların qiymətləri 1,7-1,9 milyon manat arasında dəyişir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) 2-ci mərtəbədə keçiriləcək.
S/N |
Balanssaxlayıcı təşkilatın adı |
Əmlakın adı |
Ünvanı |
Ümumi sahəsi (kv.m) |
Start qiyməti (manatla) |
Ödəniləcək 10% beh (manatla) |
İştirak haqqı (manatla) |
1 |
"Dəmirbank" ASC |
3 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1 |
485.9 |
1,912,500 |
191,250 |
19,125 |
2 |
"Dəmirbank" ASC |
3 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/2 |
485.9 |
1,870,000 |
187,000 |
18,700 |
3 |
"Dəmirbank" ASC |
3 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/3 |
485.9 |
1,870,000 |
187,000 |
18,700 |
4 |
"Dəmirbank" ASC |
3 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/4 |
485.9 |
1,742,500 |
174,250 |
17,425 |