Azərbaycan bankları 2022-ci ilin sonuna iqtisadi göstəricilərini açıqlayıblar.
FED.az RENKİNQ xəbər verir ki, 2022-ci ildə ölkədəki bankların əksəriyyəti böyüyüb - 25 bankdan 22-si böyüyüb, yəni aktivlərini artırıb, 3 bankın aktivləri isə azalıb.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2021)
Ölkədə 7 bank milyardlıq həddi keçib
2022-ci ilin nəticələrinə görə, ölkədə aktivləri 2 milyard manatı keçən 4 bank var. Bunlar – ABB (14 milyard manati), «Paşa Bank» (8,5 milyard manat), «KapitalBank» (7,8 milyard manat) və «XalqBank» (2,7 milyard manat)dır. Bu siyahıda 2021-ci illə müqayisədə dəyişiklik olmayıb.
Bank sektorunda rekord artım göstəricisi
Aktivlərinin həcminə görə, Azərbaycanın ən böyük bankı – bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankıdır (ABB). 2022-ci ilin sonuna ABB-nin aktivlərinin həcmi 14 milyard manatı keçib.
2022-ci ildə ABB-nin aktivləri 22%, mütləq ifadədə də isə 2,5 milyard manat artıb. Bu ölkənin bank sektoru üçün rekord artımdır.
Məbləğ ifadəsində isə ölkədə ABB-dən sonra ən sürətli böyüyən banklar «Paşa Bank» və «Kapitalbank» olub.
Bank sektorunun bu iki böyük oyunçularından «Paşa Bank» aktivlərini 2,1 milyard manat, «Kapitalbank» isə 1,1 milyard manat artıraraq ölkənin 2-ci və 3-cü böyük bankları mövqelərini möhkəmlədiblər.
«Milyardlar klubu»
Aktivlərinin həcmi 1 milyard manatdan artıq olan bankların sayı da dəyişməyib – 3 bank. Bunlar «Respublikabank» (1,6 milyard manat), «Unibank» (1,4 milyard manat) və «Accessbank» (1,1 milyard manat)dır.
2021-ci illə müqayisədə burada dəyişiklik «Accessbank»ın bu üçlüyə düşməsidir.
Ölkənin ən aktiv banklarından olan «Bank Respublika» 2022-ci ildə sabit şəkildə böyüməyinə davam edib və ölkənin 5-ci böyük bankı mövqeyini möhkəmlədib. Aktivlərini 352 milyon manat artıran «Bank Respublika» 4-cü pilləni tutan «Xalq Bank»ın (345 milyon artım) ondan uzaqlaşmasına imkan verməyib.
«Accessbank»ın isə aktivlərini cəmi 236 milyon manat artırması ona «Milyard klubu»na daxil olmağa imkan verib.
Başqa banklar da böyüyüb – 2021-ci ildə aktivləri 500 milyon - 1 milyard manat arasında olan 6 bank vardısa, 2022-ci ildə onların sayı 9-a yüksəlib.
Ölkədə ən sürətlə böyüyən banklar
Faiz ifadəsində 2022-ci ildə Azərbaycanda ən sürətlə böyüyən bank «Azər Türk Bank» olub – 2,4 dəfə artdıqdan sonra «Azər Türk Bank»ın aktivləri 1 milyard maata yaxınlaşıb – 965 milyon manat.
Azərbaycanın ən sürətli böyüyən bankı «Yelo Bank» olub – 54%-lik artım nəticəsində «Yelo bank»ın aktivlərinin həcmi 534 milyondan 821 milyon manata yüksəlib. Bu inkişaf «Yelo Bank»a ölkə banklarının ilk 10-luğuna daxil olmağa imkan verib.
«Bank of Baku» 200 milyon manat və ya 41% artaraq 700 milyon manatlıq həddi keçib.
2023-cü ildə sıçrayışlı inkişafa hazırlaşan «Unibank»ın aktivləri isə 400 milyon manata yaxın (39%) artaraq «Milyardlar klubu»nda yerini bərkidib – 1,44 milyard manat.
Türkiyə kapitallı «Ziraat Bank Azərbaycan» isə aktivlərinə daha 140 milyon manat əlavə edərək 36% böyüyüb – 529 mily on manat.
2022-ci ilə «Expressbank» üçün də uğurlu olub – 25% və ya 84 milyon manatlıq böyümə ilə bank ümumi siyahıda daha 1 pillə irəliləyib.
200 milyondan kiçik bank yoxdur
Daha kiçik banklara gəlincə, İran Milli Bankının Bakı filialını nəzərə almasaq, yerli banklar arasında artıq 200 milyon manatdan az aaktiv olan bank yoxdur. 2021-ci ildə isə «Bank Avrasiya»bu səviyyədən aşağıda idi. Hətta İran bankı da təqribən 2 dəfə böyüyüb və 100 milyon manata yaxınlaşıb.
2022-ci ildə ən çox kiçilən banklar
Ötən il ölkədə 3 bankın aktivləri azalıb. Ən çox kiçilən banklar «Premium Bank» və «Azərbaycan Sənaye Bankı» olub. «Premium bank» aktivlərinin 68 milyon manatını və ya 9%-ni itirərək 760 milyon manatdan 692 milyon manata enib. Nəticədə aktivlərin həcminə görə bankların reytinqində 10-cu pillədən 15-ci pilləyə sürüşüb.
«Azərbaycan Sənaye Bankı» isə 65 milyon manat və ya 8% itirərək 812 milyon manatdan 747 milyon manata enib. Nəticədə siyahıda 9-cu sıradan 13-cü sıraya enib.
Maraqlı yerdəyişmələr
2022-ci ilin nəticələrinə görə, bankların renyinqində ən sürətlə irəliləyən bank «Azər Türk Bank» olub – 15-ci pillədən 8-ci pilləyə. Digər sürətli irəliləyiş «Yelo Bank»a məxsusdur – aktivlərin artımı nəticəsində «Yelo Bank» 13-cü pillədən 10-cu pilləyə yüksəlib.
«Turanbank», «Muğanbank» və «Bank of Baku» sırada öz yerlərini qoruyub saxlaya biliblər – 11,12 və 14-cü pillə.
Əvəzində sürətli artım nəticəsində «Express bank» 18-ci pilləyə yüksələrək cədvəldəki «qonşusu» «Bank BTB»ni 19-cu pilləyə sıxışdırıb.
20-ci pillədən sonra da sıralamada dəyişiklik yoxdur. Amma bankların göstəricilərindəki dinamika artıq 1-ci rübün sonunda burada dəyişiklik olacağına işarə edir.