Hazırda Azərbaycanda Rusiya kapitallı 2 bank fəaliyyət göstərir. Bunlardan biri VTB Qrupa daxil olan “Bank VTB Azərbaycan" , digəri isə "Nikoil Bank”dır.
FED.az bankların müqayisəsi silsisləsindən bu dəfə adları yuxarıda qeyd edilən bankların eyni xüsusiyyətlər üzrə göstəricilərini müqayisə edib.
Bankların bu ilin 9 ayının yekun nəticəsi olaraq açıqladığı hesabatına görə, “Nikoil Bank”ın aktivləri 446 milyon 986 min manat təşkil edir. “Bank VTB Azərbaycan”ın aktivləri isə göstərilən dövr ərzində 151 milyon 219 min manat olub.
Göstəricilər |
Nikoil Bank |
Bank VTB Azərbaycan |
Aktivlər |
446 milyon 986 min |
151 milyon 219 min |
Aktivlər dinamika |
7,18% artıb |
11,75% artıb |
Hər iki bank ayrı-ayrılıqda 300 milyon manata yaxın kredit verib
Bankların kredit portfelinə nəzər salsaq görərik ki, “Nikoil Bank” bu il müştərilərinə 290 milyon 028 min manat kredit verib.” Bank VTB Azərbaycan” isə müştərilərinə 232 milyon 493 min manat kredit verib.
Göstəricilər |
Nikoil Bank |
Bank VTB Azərbaycan |
Verilmiş kreditlər |
245 milyon 028 min |
50 milyon 680 min |
Kreditlər dinamika |
34,78% artıb |
2,58% artıb |
Eləcə də bax:Holdinqin banklarında vəziyyət necədir: «Paşa Bank» VS «Kapital Bank» - MÜQAYİSƏ
Bankların öhdəliklərinə gəlincə isə “Nikoil Bank”ın öhdəlikləri 381 milyon 958 min manat. “Bank VTB Azərbaycan”ın öhdəlikləri isə 89 milyon 593 min manat təşkil edib. Ötən ilin yekunu ilə müqayisədə hər iki bankın öhdəliyi artıb.
Göstəricilər |
Nikoil Bank |
Bank VTB Azərbaycan |
Öhdəliklər |
381 milyon 958 min |
89 milyon 593 min |
Öhdəliklər dinamika |
8,70% artıb |
11,52% artıb |
Ən çox kapital hansındadır?
“Nikoil Bank”ın bu günə olan cəmi kapitalı 65 milyon 027 min manat təşkil edib. “Bank VTB Azərbaycan”ın cəmi kapitalı isə 61 milyon 626 min manat təşkil edib. Ötən ilin yekunu ilə müqayisədə “Nikoil Bank”la müqayisədə “Bank VTB Aazərbayca”nın cəmi kapitalı artıb.
Göstəricilər |
Nikoil Bank |
Bank VTB Azərbaycan |
Cəmi kapital |
65 milyon 027 min |
61 milyon 626 min |
Kapital dinamika |
0,98% azalıb |
12,11% artıb |
Depozit portfeli
2018-ci ilin yekun göstərici ilə müqayəsidə hər iki bankın depozit portfeli artıb. “Nikoil Bank”ın depozit portfeli bu il 280 milyon 725 min manat təşkil edib. “Bank VTB Azərbaycan”da isə depozit portfeli 63 milyon 276 min manat təşkil edib.
Göstəricilər |
Nikoil Bank |
Bank VTB Azərbaycan |
Depozit portfeli |
280 milyon 725 min |
63 milyon 276 min |
Dinamika |
0,22% artıb |
7,75% artıb |
Ən çox mənfəət hansındadır
Göstəricilər |
Nikoil Bank |
Bank VTB Azərbaycan |
Mənfəət |
1 milyon 620 min |
6 milyon 363 min |
Dinamika |
Ötən il 135,2 milyon zərərdə olub |
Ötən il 250,9 milyon zərərdə olub |
“Nikoil Bank”ın xalis mənfəəti 1 milyon 620 min manat təşkil edib. “Bank VTB Azərbaycan”da isə xalis mənfəət bu ilin 9 ayının yekunlarında 6 milyon 363 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, ötən ilin yekununda “Nikoil Bank” 135 milyon 200 min manat , “Bank VTB Azərbaycan” isə 250 milyon 847 min manat zərər etmişdi.
Faiz və qeyri-faiz gəlir/xərcləri
“Nikoil Bak”ın faiz gəlirləri 44 milyon 102 min manat, faiz xərcləri 11 milyon 798 min manat, qeyri-faiz gəlirləri 3 milyon 935 min manat, qeyri-faiz xərcləri 23 milyon 971 min manat.
“Bank VTB Azərbaycan”nın faiz gəlirləri 6 milyon 217 min manat, faiz xərcləri 2 milyon 453 min manat, qeyri-faiz gəlirləri 3 milyon 290 min manat, qeyri-faiz xərcləri 11 milyon 304 min manat təşkil edib.
Göstəricilər |
Nikoil Bank |
Bank VTB Azərbaycan |
Faiz gəlirləri |
44 milyon 102 min |
6 milyon 217 min |
Faiz xərcləri |
11 milyon 798 min |
2 milyon 453 min |
Qeyri-faiz gəlirləri |
3 milyon 935 min |
3 milyon 290 min |
Qeyri-faiz xərcləri |
23 milyon 971 min |
11 milyon 304 min |
Qeyd edək ki, “Nikoil Bank2ın səhmdarları 4,22% malik fiziki şəxs, İSR Holdinq MMC (0,10%), Topaz İnvestment Limited MMC (95,68%) isə məxsusdur.
“Bank VTB Azərbaycan”nın səhmlərinin – 99,9999 % Bank VTB (PSC), 0,0001% isə fiziki şəxsə aiddir.