Bunun nəticəsində İtalyan hissələrinin göstəricisi FTSE MIB indeksi 3.7% ilə İyun 2016 dan bu yana ən sərt enişi reallaşdırdı. Bankların bəziləri əməliyyatları aşağı qiymət limitinə görə dayandırıb.
Səhmləri ən pis performans göstərən hissələr arasında 9.3% enişlə BPER Banca (dayandırıldı), 8.8% enişlə UBI (dayandırıldı), 8.5% enişlə Banco BPM (dayandırıldı), 6.9% enişlə UniCredit (dayandırıldı) və 6.8% enişlə Intesa (dayandırıldı) iştirak edib.
Qeyd edək ki, "UniCredit" dolayı yolla "Yapı Kredi Bank Azərbaycan"ın səhmdarıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan", Türkiyənin "Yapı Kredi" bankının törəməsidir. "Yapı Kredi"nin ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).
FTSE İtaliya Bütün Bankı indeksi 7.42% ilə 2016-cı ildən etibarən ən böyük düşmə müşahidə edilib.
Digər tərəfdən, İtaliyanın borclanma xərcləri, 10 illik istiqrazın faiz nisbətinin 32 faizdən çox olduğu ilə kəskinləşdi.
İtaliya hökuməti Avropa bazarlarında maraqla gözlənilən büdcə hədəflərini açıqlayıb. Populist koalisiya hökuməti dövlət xərclərində böyük artıma getmək məsələsində razılaşbı. Belə ki, gələn il üçün büdcə kəsiri hədəfi 2.4 faiz olub.
İtaliyanın texnokrat iqtisadiyyat və maliyyə naziri Giovanni Tria, büdcə kəsiri hədəfinin ÜDM-nin 1.6%-i olmasını müdafiə edirdi. Əvvəlki mərkəzi sol hökumətin 2019-cu il üçün büdcə kəsiri hədəfi 0.8% idi. Avropa İttifaqının (Aİ) büdcə kəsiri məhdudiyyəti isə 3 faiz səviyyəsindədir.
Qeyd edək ki, bu açıqlamadan sonra avro dollar qarşısında 0,56% geriləyərək 1,1576 dollar olub.