Bu ilin fevralın 1-nə Azərbaycanın rayon və şəhərlərinin əhalisi tərəfindən xarici valyutada banklara yerləşdirilmiş əmanətlər təxminən 4,9 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən 10 rayonun əhalisi tərəfindən xarici valyutada banklara əmanət yerləşdirilməyib. Bunların 8-i işğaldan azad olunmuş rayonlar, digər 2-si isə Yardımlı və Xızı rayonlarıdır.
Bakı əhalisi tərəfindən 4,9 milyard manata yaxın əmanət yerləşdirilib.
Sumqayıt şəhəri 57,5 milyon manatla 2-ci, Abşeron rayonu isə 36,2 milyon manatla 3-cüdür.
Gəncə şəhərində əhalinin xarici valyutada banklarda 26 milyon manat, Zaqatalada 5,8 milyon manat, Xaçmazda 5,6 milyon manat Lənkəranda 4,5 milyon manat, Mingəçevirdə isə 4,3 milyon manat pulu var.
Ümumilikdə isə Daşkəsən, Xankəndi, Ordubad, Şahbuz, Sədərək, Lerik, Culfa, Qobustan, Hacıqabul, Naftalan, Kəngərl, Samux, Zərdab və Füzulidə əhali tərəfindən bu valyta banklara 100 min manat depozit qoyulub. Babək, Şərur, Ağdam və Ağsu rayoları üzrə bu göstərici 200 min manat olub.