2024-cü il üzrə Azərbaycanda qiymətli kağızlara ən çox yatırım edən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatı əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, birincilik ölkənin ən böyük bankı ABB-yə məxsusdur. IV rübünnəticələrinə əsasən bank tərəfindən ticarət və qiymətli kağızlara yatırımlar 3 milyard 533,9 milyon manat oluub.
ABB-dən sonra ən yüksək göstərici 2 milyard 111,8 milyon manat olmaqla "Kapital Bank"dadır.
Bununla yanaşı "Xalq Bank" 285,5 milyon manatla 4-cü, "Azər Türk Bank" isə 141 milyon manatla 5-cidir.
"Rabitəbank"ın ticarət və investisiya qiymətli kağızlarına yatırımları 112,4 milyon manat olub.
"Paşa Bank" isə 1 milyard 849,4 milyon manat olmaqla üçüncü yeri tutur.