2025-ci ilin 30 iyun tarixinə olan vəziyyətə görə, Azərbaycanda qeyri-faiz gəlirlərini ən çox artıran bankların adları məlum olub.
FED.az qeyri-faiz gəlirlərinin dinamikası əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, artım dinamikasına görə ilk onluq aşağıdakı kimidir:
Siyahıda 1-ci olan bank “Bank Melli İran”ın Bakı filialı olub – bankın qeyri-faiz gəlirləri 176 min manat artaraq 11,4 dəfə yüksəlib.
İkinci ən yüksək artım göstəricisi “TuranBank” ASC-də qeydə alınıb – 3 milyon 396 min manat artımla 41,8%.
“Ziraat Bank Azərbaycan” ASC-də isə bu göstərici 2 milyon 838 min manat artımla 36,1% təşkil edib.
Növbəti yerlərdə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 52 milyon 450 min manat artımla 35,8%, “Xalq Bank” ASC 6 milyon 252 min manat artımla 31,0%, “Bank BTB” ASC isə 762 min manat artımla 29,7% təşkil edib.
Siyahıda həmçinin “Bank Avrasiya” ASC (291 min manat artımla 25,5%), “Bank VTB (Azərbaycan)” ASC (1 milyon 249 min manat artımla 20,6%), “Yapı Kredi Bank Azərbaycan” QSC (2 milyon 188 min manat artımla 19,2%) və “Kapital Bank” ASC (36 milyon 329 min manat artımla 13,2%) yer alıb.