Azərbaycanda İslam bankçılığının əsası müstəqillik illərindən qoyulsa da, son 10-5 ildə durğunluq dövrünü yaşayıb.
AMB rəsmisi: "İlkin İslam bankçılığı məhsulları müəyyən edilib"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İslam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev bildirib ki, İslam bankçılığı hər bir bank təşkilatının könüllü olaraq başlada biləcəyi bir layihədir:
“Qanunvericiliyin yaradılması mühüm faktordur. Ümumi qanuna əsaslanan fəaliyyət Mərkəzi Bank tərəfindən hazırlanır. Bu ilin ortalarına qədər müvafiq qanun formalaşacaq. Bu əsas verəcək ki, növbəti mərhələdə Azərbaycanda ayrıca İslam bankları açılsın”.
Ekspert qeyd edib ki, eyni zamanda banklar daxilində İslam bankı pəncərəsinin açılması mümkün olacaq:
“Burada əsas tərəf sahibkarlıq subyektləridir. Sahibkar böyük miqdarda maliyyə dövriyyəsinə təkan verəcək. İş adamları üçün geniş xammal və avadanlıqlara əlçatanlıq təmin olunacaq. Növbəti mərhələdə kiçik istehlak və mikrokreditlər də əhatə olunacaq”.
O qeyd edib ki, dərinləşmə bu tip maliyyə dövriyyəsi digər sosial alətlərin - zəkat, sədəqə fondlarının yaranmasına səbəb olacaq:
“İslam bankı ümumi bank sektorunda maliyyə dövriyyəsinin 3% genişlənməsinə səbəb ola bilər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin hesablamasına görə ilkin mərhələdə artımın rəqəmlə nəticəsi 1 milyard 200 milyon manat dəyərində qiymətləndirilir.
Qeyd edək ki, 2024-cü ildə dünya üzrə ümumi İslam bankçılığının aktivləri 4.32 trilyon dollar olub. (Modern.az)











