Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil edilən bankların siyahısı müəyyənləşib.
Banklardan ən çox kredit götürən - 10 RAYON - SİYAHI
FED.az xəbər verir ki, reyestrə ümumilikdə 16 bank daxil edilib.
Reyestrə daxil edilən 16 bank aşağıdakılardır:
- ASC "Xalq" Bankı
- "Kapital Bank" ASC
- "Bank Avrasiya" ASC
- "PAŞA Bank" ASC
- "Azər Türk Bank" ASC
- "Yapı Kredi Bank Azərbaycan" QSC
- "AFB Bank" ASC
- "TuranBank" ASC
- "Bank Respublika" ASC
- "Unibank Kommersiya Bankı" ASC
- "Premium Bank" ASC
- "Azərbaycan Beynəlxalq Bankı" ASC
- "Access Bank" QSC
- "RabitəBank" ASC
- "Ziraat Bank Azərbaycan" ASC
- "Azərbaycan Sənaye Bankı" ASC
Bununla yanaşı, bir sıra banklar hələlik Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməyib. Siyahıya daxil olmayan banklar bunlardır:
- "Bank of Baku" ASC
- "Bank BTB" ASC
- "Bank VTB Azərbaycan" ASC
- "Express Bank" ASC
- "Yelo Bank" ASC
- İran Milli Bankının Bakı filialı
Reyestrə daxil edilmə prosesi bankların və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması qaydalarına uyğun həyata keçirilir. Müvafiq meyarları ödəməyən və ya müraciət etməmiş banklar bu siyahıda yer almaya bilər.