Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-nun ötənilki faiz gəlirləri faiz xərclərini üstələyib.
Yalnız 1 bankda - "Bank VTB Azərbaycan"da faiz xərcləri faiz gəlirlərindən 17,234 milyon manat çox olub. Başqa sözlə, Rusiya bankının Azərbaycanda törəməsi ötən il faiz mənfəəti əldə etməyib. Qalan 29 bank isə faiz əməliyyatlarında müsbət saldoya nail ola bilib.
İllik faiz mənfəətinin ən yüksək həddi - "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank" və "PAŞA Bank"da qeydə alınıb. Bu banklarda müsbət saldo 112-203 milyon manat arasında olub. 14 bank 10-100 milyon manat arasında, 11 bank 1-10 milyon manat arasında, 1 bank isə 1 milyon manatdan az faiz mənfəəti əldə edib.
№ |
Bankın adı |
Bankın illik faiz mənfəəti (milyon manatla) |
1 |
Azərbaycan Beynəlxalq Bankı |
202,324 |
2 |
Kapital Bank |
181,646 |
3 |
PAŞA Bank |
112,627 |
4 |
Xalq Bank |
74,670 |
5 |
Nikoyl Bank |
46,994 |
6 |
Unibank |
46,942 |
7 |
Access Bank |
38,958 |
8 |
Bank of Baku |
30,656 |
9 |
Atabank |
27,271 |
10 |
Yapı Kredi Bank Azərbaycan |
26,697 |
11 |
Muğan Bank |
26,619 |
12 |
AFB Bank |
21,722 |
13 |
Express Bank |
19,739 |
14 |
Bank Silk Vey |
16,053 |
15 |
Rabitəbank |
11,870 |
16 |
Azər-Türk Bank |
10,645 |
17 |
Azərbaycan Sənaye Bankı |
10,399 |
18 |
Bank Avrasiya |
9,850 |
19 |
Turan Bank |
9,068 |
20 |
Zıraat Bank Azərbaycan |
8,569 |
21 |
Bank Respublika |
8,241 |
22 |
NBC Bank |
7,415 |
23 |
Naxçıvan Bank |
5,083 |
24 |
Bank BTB |
4,334 |
25 |
Günay Bank |
3,109 |
26 |
İran Milli Bankı - Bakı |
2,913 |
27 |
Amrah Bank |
1,413 |
28 |
AGBank |
1,014 |
29 |
Pakistan Milli Bankı - Bakı |
0,827 |
30 |
Bank VTB Azərbaycan |
-17,234 |