Bankların kredit siyasəti maliyyə bazarlarında mühüm rol oynayır və iqtisadi tendensiyaların müəyyən edilməsində mühüm amil kimi seçilir. Azərbaycanda banklar müxtəlif kredit strategiyaları, faiz dərəcələri, ödəniş şərtləri və müştəri tələbləri ilə öz müştərilərinə nağd pul krediti təklif edirlər. Nağd pul kreditləri istehlak xərclərindən tutmuş biznes investisiyalarına qədər geniş sahədə istifadə olunur və maliyyə bazarlarında fəaliyyəti formalaşdırır.
FED.az bankların təklif etdikləri nağd pul krediti üzrə kredit şərtlərini araşdırıb. Təklif olunan kreditin məbləği 300 manatdan 150 000 manatadək dəyişə bilir. Kreditin illik faiz dərəcəsi isə minimum 10% təşkil edir. Banklar müştərilərinə aldıqları kreditləri ən tez halda 2 ay müddətinə ən gec halda isə 60 ay müddətinə qaytarmlarına imkan yaradırlar, əksər banklarda isə müddət 3 – 48 ay aralığında dəyişir. Kredit alan zaman müştərilər illik faiz dərəcəsindən əlavə olaraq komissiya xərcinidə nəzərə almalıdırlar. Bank sistemimizdə nağd pul krediti üzrə komissiya dərəcəsi 6%-ə qədər ola bilir, əlbəttə komissiyasız kredit təklif edən banklarda elədə az deyil.
Daha detallı məlumat aşağıda təqdim etdiyimiz cədvəldə :
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi (%) |
Komissiya (%) |
Müddət (ay) |
Azərbaycan Beynəlxaq Bankı |
300 – 40 000 |
10,9 % |
0 |
3-60 |
Azər- Türk Bank |
300 – 50 000 |
11,5 % |
0-1 |
3-48 |
AccessBank |
500 – 40 000 |
10 % |
0-3 |
6-48 |
AFB Bank |
300 – 30 000 |
13,99 % |
0 |
3-48 |
Azərbaycan Sənaye Bankı |
500 – 30 000 |
13 % |
1 |
2-36 |
Bank Avrasiya |
500 – 30 000 |
13 % |
0,5 |
12 - 36 |
Bank BTB |
500 – 30 000 |
18 % |
1 |
3-48 |
Bank of Baku |
500 – 50 000 |
11,5 % |
0 |
3-59 |
Bank Respublika |
500 – 50 000 |
13 % |
0 |
6- 48 |
Expressbank |
300 – 70 000 |
12,4 % |
0-3,5 |
3- 59 |
Kapital Bank |
300 – 50 000 |
10,9 % |
Komissiyalı və komissiyasız kredit var. Komissiyalı kredit zamanı online kredit zamanı 3% komissiya, filialdan kredit əldə olunan zaman 3-6% komissiya nəzərdə tutulub. |
3- 59 |
Naxçıvanbank |
500 – 30 000 |
16 % |
1 |
3- 48 |
Rabitəbank |
300 – 30 000 |
11,5 % |
1 |
3-48 |
Turan Bank |
500 – 30 000 |
12,5 % |
0-2 |
3-48 |
Unibank |
300 – 30 000 |
16 % |
0 |
3-60 |
VTB Bank |
300 – 40 000 |
10,99 % |
0 |
6-59 |
Xalq Bank |
500 – 150 000 |
12 % |
0,2 |
12-60 |
Yapı Kredi Azərbaycan |
300 – 30 000 |
15,94 % |
2 |
3-59 |
Yelo Bank |
400 – 50 000 |
11,7 % |
0 – 3,5 |
6-59 ay |