Bu ilin yanvarın 1-nə Azərbaycanın rayon və şəhərlərinin əhalisi tərəfindən banklara yerləşdirilmiş əmanətlər təxminən 14,7 milyard manat təşkil edib.
- Azərbaycanda banklara ən az və ən çox əmanət yerləşdirən - RAYONLAR VƏ ŞƏHƏRLƏR - SİYAHI (2024)
- Bakıda 5500 manat, Kürdəmirdə cəmi 12 manat - Banklarda adambaşına ən az pulu olan rayonlar açıqlandı
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən Bakı əhalisi tərəfindən 12,9 milyard manatdan çox əmanət yerləşdirilib. Bunun da 8,2 milyrd manatı milli, 4,7 milyard manatı xarici valyutada olan əmanətlərdir.
Sumqayıt şəhəri 334,8 milyon manatla 2-ci, Gəncə şəhəri isə 210 milyon manatla 3-cüdür.
Sumqayıt əhalisinin banklardakı əmanətlərinin 279,5 milyon manatı milli valyutada, 55,4 milyon manatı isə xarici valyuta olan əmanətlərdir. Gəncə əhalisi əmanətlərinin 185 milyon manatını milli, 25 milyon manatını isə xarici valyutada saxlayır.
Bundan başqa ötən ilin məlumatlarına görə Abşeron əhalisinin banklarda 190,2 milyon manat, Xaçmaz rayonunda 71,5 milyon manat pulu var.