Diqqət: Bu materialın başqa resurslarda yayımlanması qadağandır.
Bankir – bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həmişə cəlbedici, hörmət edilən, ağ yaxalı və yüksək qazanclı peşə hesab olunub. Banklarda çalışanlar əslində nə qədər qazanır?
FED.az bu dəfə bankirlərin əməkhaqlarını araşdırıb.
Eləcə də bax: Bank ixtisar etdiyi işçilərini – BAŞQA BANKLARA TƏKLİF EDİR - YENİLİK
Əvvəllər banklar öz işçilərini özləri hazırlamağa daha çox meylli idilər. İndi isə “headhunting” edirlər, yəni təcrübəli kadrları yüksək əmək haqqı müqabilində “ovlayıb” öz sıralarına qatmaq istəyirlər. Bu daha çox idarəetmənin orta pilləsində baş verir.
Bunu uzun müddət Azərbaycan bank sektoru üçün çalışmış, mütəxəssis bildirib.
Eləcə də bax:Azərbaycanda bank filiallarının və işçilərininn - SAYI ARTIB
“Nəyə görə banklarda aşağı pillə vəzifələrinə seçim zamanı çox mərhələli imtahan və müsahibələr keçirilir, yuxarı pillərə isə qəbul daha asandır” sualına bank mütəxəssisi belə cavab verib:
“İşə götürmə prosesində fərqli səviyyəli mütəxəssislərə fərqli yanaşma var və bu normal haldır. Orta menecer səviyyəsində işçi artıq bilik və təcrübəsini təsdiq etmiş şəxsdir və adi yoxlamalardan adətən keçirilmir. Belə şəxslər müsahibələr zamanı daha ciddi və dərin dəyərləndirilir, peşəkar səviyyəsi ölçülür. Orta menecerlər adətən headhunt olunurlar, bu da o deməkdir ki, şirkət məhz bu şəxsi komandada görmək istəyir.
Eləcə də bax: Azərbaycan banklarının rəhbərliyində - KİMLƏR XARİCDƏ TƏHSİL ALIB? - SİYAHI
Aşağı ranq vəzifələrdə işçi sayı daha çox olur, vakansiyaya namizədlər çox olur, buna görə də mərhələli seçimlər tətbiq olunur”.
Banklar digər bir bankdan ixtisaslı kadr dəvət edəndə ona yüksək əmək haqqı təklif edə bilirlər. Aldığımız məlumata əsasən ölkəmizdə fəaliyyət göstərən xarici kapitallı banklardan biri digər bir bankın audit departament müdirini 7000 AZN əməkhaqqı ilə öz komandasına cəlb etməyə çalışıb.
Bu vəzifə - yəni department müdiri üçün banklarda ortalama rəqəm 6000-8000 AZN arasında dəyişir, minimum 4000 AZN, bəzi banklarda isə 10 000 AZN-ə qədər yüksələ bilər.
Filial müdirləri - bankdan asılı olaraq 3000 -10 000 AZN arasında əməkhaqqı dəyişə bilər. Yəni departament müdirlərindən elə də az almırlar. Kiçik banklarda 3000-5000 AZN, orta ölçülü banklarda 4000-6000 AZN, böyük banklarda – Azərbaycan Beynəlxalq Bankı, “Paşa Bank”, “Xalq Bank”, “Kapital Bank” kimi banklarda isə daha yüksək olar bilər. Eyni bankda heç də bütün filial müdirləri və ya departement müdirləri eyni əmək haqqı almır, əməkhaqları bir çox halda fərdi müəyyən olunur.
Eləcə də bax:«Təmiz» işləyən nazir nə qədər maaş almalıdır? — ARAŞDIRMA
İdarə heyəti, İH üzvləri, sədrlər və müavinlər – eyni masanın başında otursalar da, İdarə Heyətinin sədrləri ilə digər üzvlər arasında əmək haqqı fərqi ciddi olur. Yəni ən çox sədrlər qazanır, onların aylıq maaşları bankdan asılı olaraq 15 000 - 30 000 AZN arasında dəyişir. Sədr müavinləri isə departement müdirlərindən iki dəfə çox qazanır, bu o deməkdir ki, onların əməkhaqları 20 000 AZN-ə qədər yüksələ bilər, amma ümumilikdə 10 000 -15 000 AZN qazanırlar.
Şöbə müdirləri banklarda ortalama 2000 AZN qazanır, bu rəqəm işçinin stajından və keyfiyyətlərindən, dərəcədən asılı olaraq dəyişə bilər. Baş mütəxəssis və aparıcı mütəxəssislərin maaşları da təxminən buna yaxın bir rəqəmdir.
Eləcə də bax:"Accessbank"dan "Yelo bank"a - YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT
Yeni başlayan əməkdaşlar isə çox az əmək haqqı ilə cəlb olunur - məsələn 400 AZN. Müştəri xidməti mütəxəssisi - staj, bilik və təcrübəsindən asılı olaraq 500-800 AZN, bəzi hallarda 1000 AZN də qazana bilər.
Kassirlər, əməliyyatçılar, call center əməkdaşları, kadrlar sahəsində çalışanlar da minimum 300-400 AZN əmək haqqı ilə işə cəlb olunur. Baş ofisdə çalışanlar digərlərinə nisbətən daha çox əmək haqqı alır.
Məntiqi olaraq, banka pul qazandıran departament əməkdaşları və müdirləri daha çox qazanır, bura pərəkəndə bankçılıq, korporativ bankçılıq, mikro və aqro kreditləri aid etmək olar. Əgər adi aylıq əməkhaqlarında bu fərq özünü çox büruzə verməsə də, il sonu mükafatlarda (yəni premiyalarda) mütləq özünü bariz şəkildə göstərəcək.
Əmək haqqı siyasəti hər bir bankda fərqli ola bilər. Bəzən işçiləri əmək haqqı ilə deyil, vəzifə artımı ilə stimullaşdırmaq lazım gəlir, bu da həmin bankda şöbə və departament saylarının artımına və vəzifə bölgüsünün çoxluğuna gətirib çıxarır. Praktika göstərir ki, mütəmadi vəzifə artımı yüksək əmək haqqıdan daha çox motivasiya edir və potensialı daha yaxşı üzə çıxarmağa imkan verir.
Amma bankda işə yüksək maaşla başlamağın mənfi tərəfi də var. Təcrübə göstərir ki, bu zaman həmin işçinin maaşı uzun müddət artmır və ya çox cüzi yüksəlir. Daha az maaşla işə düzələn işçilərdə isə artım daha sürətli ola bilər.
İl sonu mükafatların və bonusların hesablanması
Bonuslar: Daha bir maraqlı məqam isə bonusların hesablanmasıdır. Qeyd edək ki, bonuslar müqavilə ilə nəzərdə tutulmuş olur. Aylıq bonuslar əsasən satış, əməliyyat, kredit mütəxəssilərində olur, yəni həmin sahənin əməkdaşları stabil əməkhaqqı+bonus alırlar. Bu tip əmək haqları bankın strategiyasından asılı olaraq tez-tez dəyişir, əgər bank əməliyyat sahəsində çalışan əməkdaşın depozit cəlb etməsində deyil, istehlak krediti rəsmiləşdirməsində maraqlı olursa, bonuslar həmin istiqamətə yönəldilir.
Bonuslar həmçinin İH üzvləri üçün də müqavilədə nəzərdə tutulmuş ola bilər, bu da onları bankın daha mənfəətli işləməsinə stimullaşdırmalıdır.
İl sonu mükafatlar – premiya verilməsi üçün ilk növbədə bankın mənfəətli olması gərəkdir. Yəni bu müqavilə ilə nəzərdə tutulmayıb, ilin sonuna yaxın bankın rəhbərliyinin qərarından asılıdır. Rəhbərlik istəsə öz əməkdaşlarını 13-cü maaşla mükafatlandıra bilər.
13-cü əmək haqqı əmək haqqının ən az bir və ya fərqli misli qədər müəyyən olunur.
Misal üçün əgər adi halda, bankın mikro kredit department müdiri də 5000 AZN əmək haqqı alır, maliyyə monitorinq müdiri də, ilin sonunda premiyalar hesablanarkən isə mikro kredit departmenti öz əmək haqqının 10 misli qədər mükafat aldığı halda, maliyyə ən yaxşı halda 4 misli qədər mükafat ala biləcək.
Mükafatların verilməsi isə müəyyən göstəricilərə əsasən baş verir, ilin əvəvlində hər bir şöbə və əməkdaş üçün KPİ - baş performans gösəticiləri təyin olunur, bu da həmin şəxsin çalışdığı sahədən asılı olaraq fərqli ola bilər.
Məsələn, kredit satışlarında bu göstərici portfelin həcmi ola bilər, portfelin məbləğ üzrə həcmi və portfelin müştəri sayı üzrə rəqəmi, aktiv müştərilərin sayı. Həmçinin portfelin keyfiyyəti, müştərilərin gecikmə günlərinin olub-olmaması da nəzərə alınan rəqəmlərdir.
Maliyyə monitorinqində KPİ - maliyyə mütəxəssisinin aşkar etdiyi xətalar nəticəsində banka dəymiş zərərin azalması, banka gəlir qazandırılması, audit yoxlamaları zamanı ciddi səhvlərin sayının normadan az olması ola bilər.
Marketinq, PR, HR sahəsi üzrə də fərqli performans göstəriciləri və qiymətləndirmə meyarları vardır.
Hansı banklarda əməkhaqqı daha yüksəkdir?
"Xalq Bank", "Paşa Bank" və "Azər Türk Bank" kimi banklarda, əmək haqları digər banklardan daha yüksəkdir.
Bəzən böyük olmayan ASB Bank, NBC Bank kimi banklar da eyni pozisiya üçün həcmcə daha böyük olan banklardan daha yüksək əmək haqqı təklif edə bilir.
PaşaBankda əmək haqıların yüksək olması - bankın filial və əməkdaş sayının az olması, amma daha böyük məbləğlər ilə əməliyyatlar həyata keçirməsi, portfellərin məbləğ həcminin böyük olmasıdır. Bu isə banka daha yüksək əmək haqqı ilə daha az sayda əməkdaş cəlb etməyə imkan verir.
Riteyl banklar isə - Bank of Baku, Unibank, RabitəBank kiçikhəcmli, istehlak kreditləri verir və ya depozitlər cəlb edir, ona görə də daha az əmək haqqı müqabilində daha çox əməkdaş cəlb etməli olur.