Azərbaycan Mərkəzi Bankı “Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi”ni açıqlayıb.
Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə - ŞİKAYƏT İNDEKSİ - TAM SİYAHI
FED.az xəbər verir ki, Şikayət İndeksi hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanır.
«Şikayətlər üzrə bazar payı» - Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir.
Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər burada nəzərə alınmır.
«Müştərilər üzrə bazar payı» – isə cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə - ŞİKAYƏT İNDEKSİ - TAM SİYAHI