Azərbaycanda bank müştərilərinin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin sentyabrın 1-nə bank müştərilərinin sayı 14 340 385 nəfər olub.
Bu da illik müqayisədə 857 323 nəfər (6.4%), aylıq müqayisədə 125 127 nəfər, yaxud 0,9% artım deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə müştərilərin bank hesablarının sayı 13 483 062 nəfər, cari ilin sentyabrın 1-nə 14 215 258 nəfər olub.