2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) aktivlərinin həcmi açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə aktivlərinin böyüklüyünə görə bazarda liderlik edən təşkilatlar məlum olub.
Renkinqə "Birkart BOKT" MMC başçılıq edir. Təşkilatın aktivləri 87 milyon 164 min manat təşkil edib.
İkinci yerdə "SF Azerbaijan" BOKT MMC qərarlaşıb – burada göstərici 81 milyon 624 min manat olub.
BOKT "AZPUL" MMC 77 milyon 429 min manat göstərici ilə üçüncü sırada yer alıb. MM "Finca Azerbaijan" QBKT-də isə bu rəqəm 76 milyon 378 min manat təşkil edib və dördüncü olub.
Digər təşkilatlardakı göstəricilər aşağıdakı kimidir:
"FinTrend" BOKT MMC-də 71 milyon 028 min manat aktiv qeydə alınıb. BOKT "EMBAFİNANS" QSC 69 milyon 992 min manat göstərici ilə altıncı yerdə qərarlaşıb.
BOKT "International" ASC-də həcm 45 milyon 537 min manat olub. "FNC BOKT" QSC 42 milyon 633 min manat aktivlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "M Bulak BOKT" MMC (34 milyon 911 min manat) və "MCB BOKT" QSC (34 milyon 077 min manat) tamamlayır.











