Azərbaycanda 2025-ci ilin 1-ci rüb üzrə kredit portfelinin həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı kredit portfelinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə ən böyük kredit portfeli təqribən 6,5 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın kredit portfeli təqribən 5,3 milyard manat göstərici ilə ikinci pillədə yer alır.
3,3 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 1,8 milyard manat göstərici ilə "XalqBank" 4-cü, 1,5 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.
"Unibank"ın və "AccessBank"ın kredit portfeli 1,2 milyard manata yaxın olub.
Kredit portfelinin həcmi ən az olan banklara isə 2,7 milyon manat olmaqla "Melli İran Bankı"nın Azərbaycan filialı, 136,2 milyon manat olmaqla "Bank Avrasiya" daxildir.