Bu ilin 1-ci rübü üzrə Azərbycanda ən çox xalis əməliyyat mənfəəti əldə edən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların xalis əməliyyat mənfəətinin həcminə görə hazırladığı renkinqə istinadən xəbər verir ki, 7 bankın xalis əməliyyat mənfəəti 10 milyon manatdan yüksəkdir.
Məlumata görə ən çox əməliyyat mənfəəti əldə edən bank "Azərbaycan Beynəlxalq bankı" (ABB) olub. Bank 1-ci rüb üzrə ümumilikdə 121 milyon 386 min manat əməliyyat mənfəəti əldə edib.
"Kapital Bank"da bu göstərici 99 milyon 50 min manat təşkil edib. "Paşa Bank"da isə 62 milyon 35 min manata bərabər olub.
"Xalq Bank"ın bu rüb üzrə xalis əməliyyat mənfəəti 20 milyon 694 min manat, "Bank Respublika"nınkı isə 18 milyon 224 min manat təşkil edib.
Bununla yanaşı "AccessBank" 16 milyon 419 min manat, "Unibank" isə 13 milyon 712 min manat əməliyyat mənfəəti əldə edib.
15 bankın əməliyyat mənfəəti 10 milyon manatdan aşağı olub.