2025-ci ilin I rübündə Azərbaycanda ən yüksək faiz gəlirləri əldə edən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, I rübdə ən yüksək faiz gəliri əldə edən bank “Kapital Bank” olub – 260 milyon 116 min manat.
İkinci ən yüksək faiz gəliri göstəricisi 257 milyon 669 min manatla “Azərbaycan Beynəlxalq Bankı”nda olub.
“Paşa Bank”da isə bu göstərici 122 milyon 289 min manat təşkil edib.
Bundan başqa 12 bankda faiz gəlirləri 100 milyon manatdan aşağı, 10 milyon manatdan yüksəkdir. Həmin bankların bəzilərinə nümunə olaraq "Bank Respublika" 65 milyon 818 min manat faiz gəliri əldə edib.
“Unibank”ın faiz gəlirləri 58 milyon 26 min manat, “AccessBank”ın gəlirləri isə 58 milyon 983 min manat təşkil edib.
Bununla yanaşı "Xalq Bank"ın faiz gəlirləri 48 milyon 614 min manat, "Yelo Bank"ın faiz gəlirləri 40 milyon 789 min manat, "Bank of Baku"da isə 40 milyon 729 min manata bərabər olub.
Hesabat rübündə ümumilikdə 7 bankın faiz gəlirləri 10 milyon manatd aşağı olub.
Ən az faiz gəliri əldə edən banklar isə “Bank Melli İran” Bakı filialı (1 milyon 384 min manat) və “Bank Avrasiya” (3 milyon 961 min manat) bankları olub.